Leksem

Leksem (en. lexeme) – dilin mənası olan ən kiçik vahidi. Məsələn, BASIC dilindəki

10 PRINT "The square root of 2 is";SQR(2)

sətrində 10 leksem var. Bəziləri boşluq simvolunu leksem hesab etmir.

10 PRINT "The square root of 2 is" ; SQR ( 2 )

Proqramın translyasiya fazalarından biri onun leksik təhlilidir. Bu zaman mətndən dilin leksemləri (açar sözlər, identifikatorlar, literallar və s.) ayrılır, sonra isə onlar sintaktik analizatora ötürülür.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.