Basic

BASIC dili – 1960-cı illərin ortalarında John Kemeney və Thomas Kurtz tərəfindən inkişaf etdirilmişdir. Hər nə qədər BASIC adının "Beginner's All_purpose Symbolic Instruction Code" sözlərinin baş hərflərindən yaradıldığı deyilsə də, bu sözlərin daha sonradan uydurulduğu fərz edilir. Yüksək səviyyəli dillərin ən köhnə və ən sadə olanlarından biridir. Bütün sadəliyinə qarşı, bir çox biznes sahələrində istifadə edilmişdir. BASIC dili də ANSI tərəfindən standartlaşdırılmışdır. Ancaq BASIC dilinin əlavə xüsusiyyətləri mövcuddur. Məsələn Microsoft firmasının yaratdığı Visual Basic dilinə Obyekt Yönümlü Proqramlaşdırmaya bağlı bir çox xüsusiyyət əlavə olunmuşdur. Ayrıca BASIC dilinin bəzi versiyaları tətbiqi proqramlarda (Məsələn Microsoft ExcelMicrosoft Wordda) istifadəçinin xüsusiləşdirmə və avtomatlaşd;rma məqsədiylə yazacağı makroların yazılmasında istifadə edilən proqramlaşdırma dili olaraq da ümumi qəbul edilmişdir.

BASIC
Paradiqmalar Obyekt yönümlü proqramlaşdırma
Yaradılma tarixi 1964
Fayl sonluğu .bas
Təsirlənib Fortran, Algol dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1964-cü ildə Con Kemeni (John Kemeney) və Tomas Kurts (Thomas Kurtz) tərəfindən BASIC proqramlaşdırma dili yaradılmışdır. BASIC yüksək səviyyəli dillərin ən ilkin və sadə olanlarından biridir, sadəliyinə görə bir çox biznes sahələrində istifadə edilmişdir. Bu dil ABŞ Milli Standartlar İnstitutu (ANSI) tərəfindən standartlaşdırılmışdır, adının "Beginner's All_purpose Symbolic Instruction Code" sözlərinin baş hərflərindən yaradıldığı fərz edilir.

Üç müasir əsas variant: Mono Basic, OpenOffice.org Basic və Gambas
  • ANSI X3.60–1978 "FOR MINIMAL BASIC"
  • ISO/IEC 6373:1984 "DATA PROCESSING — PROGRAMMING LANGUAGES — MINIMAL BASIC"
  • ANSI X3.113–1987 "PROGRAMMING LANGUAGES FULL BASIC"
  • ISO/IEC 10279:1991 "INFORMATION TECHNOLOGY — PROGRAMMING LANGUAGES — FULL BASIC"
  • ANSI X3.113 INTERPRETATIONS-1992 "BASIC TECHNICAL INFORMATION BULLETIN # 1 INTERPRETATIONS OF ANSI 03.113–1987"
  • ISO/IEC 10279:1991/ Amd 1:1994 "MODULES AND SINGLE CHARACTER INPUT ENHANCEMENT"
  • Роберт В Себеста, Concepts of Programming Languages, 2001.
  • Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]