Lena çayı

Lena çayı (saxa Өлүөнэ, bur. Зγлхэ) — Rusiyanın şimal-şərqindən axan və Laptevlər dənizinin ən iri çayı[1]. Dünyada uzunluğuna görə doqquzuncu çayıdır.

Lena çayı
saxa Өлүөнэ, bur. Зγлхэ
Ölkələr
Mənbəyi Baykal Dağları
 • Yüksəkliyi 792 m
Mənsəbi Laptevlər dənizi
 • Yüksəkliyi 0 m
Uzunluğu 4400 km
Su sərfi 16.350 m³/s
Hövzəsinin sahəsi 2490000 km²
Lena çayı (Asiya)
mənbəyi
mənsəbi
Kolıma çayı Yakutiyanın fiziki xəritəsində:

53°06′41″ şm. e. 108°11′07″ ş. u.HGYO

72°24′42″ şm. e. 126°41′05″ ş. u.HGYO
DSR[rus.] 18030300212117200000003, 18030700112117400000000 18030900112117500000010, 18030300212117200000003, 18030700112117400000000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çay İrkutsk vilayətiSaxa ərazisindən axır. Çaya daxil bəzi qollar Zabaykal diyarı, Krasnoyarsk diyarı, Xabarovsk diyarı, BuryatiyaAmur vilayəti ərazisindən keçir. Lena bütünlüklə Rusiyanın ərazisində formalaşan ən iri çayıdır[2]. Donması tərs istiqamətdə baş verir. Belə ki, birinci mənsəbi donur.

Belə ehtimal vardır ki, Lena sözü Evenk dilində "Elyo-Ene" yəni "Böyük çay"[3] anlamını verir. Əraziyə gələn ilk açılışcılardan olan Pyanda 1619–1623-cü illərdə bölgədə olarkən yerlilər tərəfindən çayın adını Elyoene olduğunu qeyd etmişdir. Sonradan isə Lena formasına düşərək ümumiləşmişdir.

Lenanın hövzəsi

Çayın uzunluğu 4400 km, hövzəsinin sahəsi isə 2490 min. km² təşkil edir. Xüsusiyyətlərinə görə çay üç yerə blünür:

  • Mənbədən Vitim çayının mənsəbinə qədər;
  • Vitim çayının mənsəbindən Aldan çayına qədər;
  • Aldan çayının mənsəbindən Lenanın deltasına qədər (Laptevlər dənizi);

Lenanın başlanğıcı elədə böyük olmayan və Baykaldan 7 km qərbdə, 1470 m yüksəklikdən götürür[4] Burada adsız, hündürlüyü 2023 metr olan dağdan (Baykal silsiləsi) başlanması deyilir. 19 avqust 1997-ci ildə mənbədə abidə ucaldılmışdır[5]. Mənbədən Vitima çayına qədər axın sürəti yüksəkdir. Kirensk rayonunda sürət 1000 m/s təşkil edir[6].

Orta axar Vitima və Aldan çayları arasında, uzunluğu 1415 km olan məsafədə yerləşir. Eztəlik bu hissə çayın ən gursulu hissəsidir. Burada çayın dərinliyi 10–12 metr təşkil edir. Burada çayın yatağının eni 20–30 km təşkil edir. Bəzi yerlərdə yatağın ortasında adalara rast gəlinir. Olekma çayının töküldüyü yerdən Aldan çayına qədər məsafədə Lena heç bir qol qəbul etmir. Prilensk platosu hissəsində çay 500 km ensiz və dərin yatağla axır. Sonradan çayın axını azalır. Yatağın eni 5–7 km, bəzi yerlərdə 15 km olur. Düzənlik boyunca isə yatağ 20 km genişlənir.

Aşağı axın hissədə Lena iki əsas çayı qəbul edir. Bu hissədə yatağın eni cəmi 10 km olur. Dərinlik 16–20 metrdir. Bu hissədə yaşayış məntəqələrinə nadir hallarda rast gəlinir. Üstəlik çayın kənarları bbitkisiz və sərt iqlimlidir.

Aşağı hissələrdə çayın yatağı daralır. Üstəlik dənizə 150 km qalmış çay delta əmələ gətirir. Yazın sonları və yayın əvvəllərində çayda toroslar əmələ gəlir.

Lena, iyun 2002

Çayın dəqiq su sərfini müəyyənləşdirilməsində çətinliklər vardır[7][8]. Əsas səbəb isə çayın geniş deltasıdır. Belə ki, onun deltasının sahəsi 60,000 km² ərazini əhatə edir.

Bəzi hesablamalara görə çayın orta aylıq sərfiyyatı 489 – 542 km³ təşkil edir. Mənsəbdə isə 15,500 km³ olur[9] Çayın əsas qidalanmasını qar və yağış suları təmin edir. Çayın axdığı hissədəçox illik buzların yer səthini əhatə etməsi yeraltı sulardan qidalanmanı mümkünsüz edir. İllik axının 91 % iyundan oktyabra qədər baş verir.

Orta axın sərfinin ən yüksək olduğu 1976–1994 illərdə onun ölçülməsi çayın deltasında "Stolb" stansiyasında baş verir[10].

Lena Rusiyada yerləşən digər çaylardan buzlaşma rejimi, buzun qalınlığı və bərkliyi ilə seçilir. Buzlaşmaya təsir göstərən əsas səbəblər aydın hava, qarın olmaması və şaxtalı havadır. Buzlaşma mənbədən deyil mənsəbdən başlayır. Aprelin sonları Lenanın deltasında toroslar əmələ gəlir. Bu səbəbdən daşqınlar baş verir. Bu zaman suyun səviyəsi 6–8 metr qalxır. Düzənliklərdə isə hətta 18 metrə qədər qalxa bilir.

Lenanın əsas qolları: Bolşoy Patom, Çaya, Vitim, Aldan, Kuta, Olenka, Molodo, Kirenqa, Biryok və Lunqxa. Onlar arasında istər suyunun bolluğu və uzunluğuna görə ən böyüyüdür. Bu qollar arasında Vitim, Olekma, Aldan və Vilyoy çayları ən iri qollarıdır.

İnfrastruturası və yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]
Lena çayı

Lena Yakutiyanın əsas nəqliyat yoludur. Gəmilər sərbəst şəkildə çayla irəliləyə bilirlər. Bununla belə artıq Osetrovo limanından mənbəyə doğru artıq iri gəmilər gedə bilmir. Üstəlik Lenanın bəzi hissələrində yatağın dayazlığını aradan qaldırmaq üçün hər il həmin ərazilər dərinləşdirilir. Naviqasiya cəmi 125–170 gün açıq olur. Lenada yerləşən limanlar:

  • Osetrovo — (3500 km) — Rusiyanın ən iri çay limanıdır. Limanın dəmir yoluna çıxışı vardır;
  • Kirensk — (3319 km);
  • Lensk — (2648 km; 2665 km Bıkov burnu) — Almaz yatağı;
  • Olekminsk — (2258 km Bıkov burnu);
  • Pokrovsk — (1729 km Bıkov burnu);
  • Yakutsk — (1530 km; 1638 km Bıkov burnu) — Malların daşımasında mühüm rol oynayır;
  • Sanqar (1314 km Bıkov burnu)
  • Tiksi (0 km, Laptevlər dənizi).

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Lenanın sahilləri zəif məskunlaşılmışdır. Bircə Yakutsk şəhəri yaxınlığı isə bu baxımından seçilir. Digər yerlərdə isə yaşayış məntəqələri arasında məsafə min kilometrlərlə aralı yerləşir. Əsasən kiçik kəndlərə və dayanacaq məntəqələrinə rast gəlinir. Lenanın sahilinə 6 iri şəhər vardır.

  • Ust-Kut;
  • Kirensk — Lenanın ən qədim şəhərlərindən biri. 1630-cu ildə salınıb;
  • Lensk;
  • Olekminsk;
  • Pokrovsk;
  • Yakutsk — Lenada ən iri yaşayış məntəqəsidir. 1632-ci ildə salınıb. 303,000 əhaliyə malikdir. Üstəlik Rusiyanın şimal-şərqdə yerləşən ən iri şəhəridir.

Tarixi yaşayış məntəqələri:

  • Sottinsi — Lena tarix-arxeoloji muzey qoruq, Yakutsk şəhərinin salınma ərazisi.
  • Jiqansk — 1632-ci ildə salınıb. 1783–1805-ci illərdə uezdin mərkəzi.
  • 2009-cu ildə Kuraqino — Jiqalovo maqistral yolu üzərində yeni körpünün inşası başa çatmışdır.
  • Jiqalovo qəsəbəsində maqistiral yolun üzərində asma avtomobil körpüsü vardır.
  • İrkutsk vilayəti ərazisində Baykal-Amur dəmir yolunun altındakı dəmiryolu körpüsü.
  • Ust-Kut avtomobil yolu üzərində 1989-cu ildə inşa edilən körpü.

Çayın aşağı axarlarında körpü yoxdur. Hazırda isə Amur-Yakutiya dəmir yolunun tikintisi ilə əlaqədar uzunluğu 3,2 km olan körpünün tikintisi planlaşdırılır[11][12].

Çayların dünyada uzunluğuna görə sıralaması

  1. "Sibirin böyük çayı". 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
  2. Немного о величии Arxivləşdirilib 2019-01-12 at the Wayback Machine. // The New Times, 1.11.2010
  3. Мостахов С. Е. Река Лена. Якутск, 1972. С. 3, 5.
  4. Baykalın təbiəti. Baykal-Lena rayonu. Göl — Lenanın mənsəbi. Arxivləşdirilib 2021-10-22 at the Wayback MachineОткрыты истинные истоки Лены и Енисея Arxivləşdirilib 2022-06-06 at the Wayback Machine, Промышленные ведомости
  5. s/211/phs Arxivləşdirilib 2021-10-17 at the Wayback Machine Baykal təbiəti. Lenanın mənbəyində abidə
  6. Lena at Zmeinovo Arxivləşdirilib 2009-11-25 at the Wayback Machine, UNESCO: Water resources
  7. Lena At Stolb Arxivləşdirilib 2019-11-04 at the Wayback Machine, R-ArcticNET V4.0
  8. Lena at Kyusyur Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine, UNESCO: Water resources
  9. Lena At Kusur Arxivləşdirilib 2019-11-04 at the Wayback Machine, R-ArcticNET V4.0
  10. LENA — STOLB Arxivləşdirilib 2021-05-19 at the Wayback Machine, R-ArcticNET V4.0
  11. "Körpünün tikintisi üçün 56,3 milyar rubl tələb olunur — İzvestiya". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-06.
  12. Строительство моста через Лену не отменено — замминистра транспорта РФ [ölü keçid]