Lendava


Lendava (mac. Lendva, alm. Lindau‎) — Sloveniyanın Prekmure regionunda yerləşən şəhər. 1955-ci ildə şəhərin adı Dolnja Lendavadan Lendavaya dəyişdirilmişdir.[2]

Lendava
46°33′58″ şm. e. 16°27′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 123 km²
Mərkəzin hündürlüyü 160 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.954 nəf. (1 yanvar 2020)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 9220
Digər
lendava.si
Xəritəni göstər/gizlə
Lendava xəritədə
Lendava
Lendava
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sloveniyada macarların məskunlaşdığı əsas mərkəzlərdən biridir. Memar İmre Makoveç tərəfindən inşa edilən Macarıstan İcma Mərkəzi və teatrı ilə məşhurdur.

2002-ci il siyahıyaalınmasına əsasən, şəhərdə əhali aşağıdakı dillərdə danışır:[3]

  • Sloven dili 5,516 (49.47%)
  • Macar dili 4,390 (39.37%)
  • Digər Avropalılar və başqaları 1,245 (11.16%)
  • Ümumi 11,151
1925-ci ilə kimi istifadə olunan macar möhürü

Alsólendva 1918-ci ilə kimi Macarıstan Krallığında Zala əyalətində yerləşən bölgə idi.[4] 1941-1945-ci illərdə yenidən Macarıstanın tərkibinə daxil edildi.[5]

Yəhudilərin icması

[redaktə | mənbəni redaktə et]
Lendava sinaqoqu

18-ci əsrdə şəhərin siyahıyaalınmasına əsas burada iki yəhudi tacirin olduğu müəyyənləşmişdir. Həmin siyahıyaalınmada şəhərin ərazisində yəhudi əsilli tacirlərin, hüquqşünasların, həkimlərin yaşadığını görmək olar. Onlar Lendava şəhərinin iqtisadiyyatının inkişaf etdirilməsində mühüm rol oynamışdılar. Yerli yəhudilər Lendavada ilk bankı açmışdılar. Şəhərin ərazisində yəhudi məktəbi 1850-ci ildə açılmış və 1921-ci ilə kimi fəaliyyət göstərmişdir.

Lendava şəhərindəki sinaqoq Sloveniya ərazisində tərk edilmiş iki sinaqoqdan biridir.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Lendava aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır:

  1. Prebivalstvo - izbrani kazalniki, naselja, Slovenija, letno. Statistical Office of the Republic of Slovenia.
  2. Spremembe naselij 1948–95. 1996. Database. Ljubljana: Geografski inštitut ZRC SAZU, DZS.
  3. "Statistical Office of the Republic of Slovenia". 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.
  4. Handbook of Austria and Lombardy-Venetia Cancellations on the Postage Stamp Issues 1850-1864, by Edwin Mueller, 1961.
  5. "Lendava municipal site". 2020-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]