Leobank — Azərbaycan neobankı. 2021-ci ildə istifadəyə verilmiş Azərbaycanın "Unibank" kommersiya bankının mobil tətbiqidir.[1]
LeoBank | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | bank |
Məhsulları | nağd kreditlər, əmanətlər |
Təsis tarixi | 2021 |
Baş qərargahın yeri | |
leobank.az |
"Leobank" Azərbaycanda rəqəmsal bankçılığın inkişafı məqsədi ilə Dmitri Dubiletin "Fintech Farm" şirkəti tərəfindən Azərbaycan Kommersiya Bankı "Unibank" (Unibank) ilə birlikdə ərəsəyə gətirilmişdir.[2][3][4]
"Leobank"ın istifadəyə verilməsi 2021-ci ilin avqustunda, öncədən sifariş kampaniyası ilə baş tutmuşdur. Noyabr ayında kart sifarişi bütün müştərilər təqdim olunmuşdur.[5] Leobank kartları ilə müştərilər birbaşa tətbiqdə kredit limiti əldə edə, şəxsi vəsaitlərinizi saxlaya, keşbek ala və müxtəlif ödənişlər edə bilərlər.[3]
2022-ci ilin yanvar ayında bank müştərilərinin sayı 100 mini ötmüşdür.[6][7] "Unibank"ın 2022-ci ilin yanvar ayı üzrə hesabatına əsasən, "LeoBank" mobil tətbiqindən gündə 35,400 müştəri istifadə edir.[8]