Unibank – 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş və Azərbaycanda fəaliyyət göstərən ən iri özəl banklarından biridir.
Unibank | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyət |
Sənaye | bank |
Məhsulu | Maliyyə xidmətləri |
Təsis tarixi | 2002 |
Əvvəlki adı | MBank, PROMTEXBANK |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Xalis mənfəəti |
|
Struktur | |
İşçi sayı | 1000-dən çox |
Rəhbərlik | |
Rəhbərlik |
Eldar Qəribov - Müşahidə Şurasının sədri Fərid Abuşov - İdarə Heyətinin sədri |
unibank.az |
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir[1].
Unibank müştəriyönümlü bank olaraq əsas fəaliyyət istiqamətlərini müştərinin istəkləri, ehtiyacları və rahatlığı üzərində qurub. Müştərinin istəklərindən, tələblərindən irəli gələrək çıxılan bu yol, onu dinləyərək daim inkişafa aparır.
Unibankın missiyası, müştərilərin ilk seçimi olmaq və müştərilərə yönəlik (müştəri yönümlü) maliyyə xidmətləri və innovativ həllər təqdim etməklə, bütün maraqlı olan tərəflər üçün uzunmüddətli dəyər yaratmaqdır.[1]
Albalı Kart - 4 bank məhsulunu özündə birləşdirən beynəlxalq kartdır. Azərbaycan kart bazarı üçün bir ilk olan Albalı beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu:güzəşt müddətli kredit xətti, taksitli ödəmə imkanı olan Albalı kartı, depozit və debet kartı özündə birləşdirir. Hal-hazırda bu kartın satışı dayandırılıb.[2]
UBank 24/7 bank xidmətlərinə çıxışı smartfonda təmin edən mobil tətbiqdir. Ödənişləri banka gəlmədən, smartfonda bir toxunuşla həyata keçirmək mümkündür.[3]
Leobank Azərbaycanın ilk neobankı, 2021-ci ildə istifadəyə verilmiş Unibank kommersiya bankının mobil tətbiqidir. Leobank kartları ilə birbaşa tətbiqdə kredit limiti əldə edə, şəxsi vəsaiti saxlaya, keşbek ala və müxtəlif ödənişlər etmək olar.
UCard — kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartdır. UCard Unibank müştərisinə istər ölkə daxilində, istər xaricdə tək kart məhsulu ilə istədiyi əməliyyatları etmək, debet və kredit imkanlarından rahatlıqla istifadə imkanı yaradır, hər 4 hesabdan əməliyyat etmək, bank hesablarını görmək, UCard-ın əsas hesabını seçmək mümkündür[4].