Leon Vert

Leon Vert (ing. Léon Werth; 17 fevral 187813 dekabr 1955) — fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı.

Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur.

  • 33 jours (33 gün)
  • Clavel chez les majors (Mayor Klavel)
  • La maison blanche (Ağ ev)
  • Clavel soldat (Əsgər Klavel)
  • Cochinchine (Koçin-çin)
  • Le destin de Marco (Markonun taleyi)
  • Le monde et la ville (Dünya və şəhər)
  • Impressions d'audience
  • Saint-Exupéry, tel que je l'ai connu (Mənim tanıdığım Sent-Ekzüperi)
  • Caserne 1900
  • Déposition / Journal 1940 - 1944
  • Voyages avec ma pipe (Çubuğumla birgə səyahət)
  • Une soirée à L'Olympia (Olimpiyada gecə)

"Balaca şahzadə"

[redaktə | mənbəni redaktə et]

Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb:

"Leon Vertə.

Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm. Bütün yaşlı adamlar nə vaxtsa balaca olublar, amma hamısı bunu xatırlamır. Odur ki, mən öz ithafıma düzəliş etmək istəyirəm:

Balaca oğlan olduğu vaxtkı Leon Vertə".

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Fransızca