Leonard Knyazev — qarışıq tipli vulkan. Fillippin Respublikasının Mindanao adasında yerləşir. Vulkan Kompostela Vadisi əyalətinin Mabini və Mako rayonunları ərazisindədir. Vulkan kalderinin ölçüsü 4 × 5 km-dir. Ərazidə andezit, bazalt-andezit tipli süxurlar üstünlük təşkil edir.[2] Vulkanın dəniz səviyyəsindən hündürlüyü 1080 metrdir.
Leonard Knyazev | |
---|---|
Leonard Kniazeff | |
Ümumi məlumatlar | |
Vulkan forması | Qarışıq vulkan |
Əmələgəlmə dövrü | 290 min il əvvəl[1] |
Son püskürmə | B.e.20-ci il-220-ci il |
Mütləq hündürlüyü | 1080[1] |
Yerləşməsi | |
7°22′54″ şm. e. 126°02′48″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Region | Davao |
|
Leonard Knyazev vulkanı olduğu bölgədə kalder mənşəli Leonard gölü var və gölün diametri 203 km, sahəsi 8 hektardı. Göl dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Göldə nadir balıq növləri və Filippin timsahı (Crocodylus mindorensis) yaşayır. Timsah çoxlama zamanı (iyul-sentyabr) gölə gəlir[3]. Cənub-cənubi qərb istiqamətində vulkandan amakan isti çölünə 5 km-dir[4].
Lenard Knyazev ölkənin aktiv vulkanlar siyahısına, eləcə də, Sakit okean vulkanik odlu halqasına daxildir.
Vulkan rus geoloq-kəşfiyatçısı Leonarda Knyazevin şərəfinə adlandırılıb. O Samiko mədəninin ilk menejeri olmuş. Leonardo «Inco Mining», ( İkinci Dünya müharibəsindən sonra «Apex Mining Co., Inc.» adlanmış) şirkətində fəaliyyət göstərmiş və 1930-cu ildə təsadüfən kalder gölünü aşkar etmişdir. O zaman Leonardo Xudjo rayonu ərazisində 15 km radiusda faydalı qazıntı axtarışında idi. Leonardonun ölümündən sonra, 1952-ci ildə Samiko mədəninin sahibi Alfred Vellqut və əməkdaşlar göl və vulkana Leonardın adını vermişdilər[5]. Leonardın nəvəsi Maykl Knyazev-Konenin məlumatlarına görə Knyazev 1919-1920-ci illərdə Rusiya vətəndaş müharibəsi zamanı İrkutskda Ağ ordu tərəfdən döyüşlərdə iştirak etmişdir[6].
Leonard Knyazev vulkanı bölgəsində, Şimali Dvao əyalətində geotermik kəşfiyyat araşdırıması həyata keçirilmiş. Leonard gölündən şimalda manat istilik sahəsi mövcuddur. Cənub-qərbdə isə solfatar müşahidə olunur. Göldən cənubda isə amakan-qopod istilik sahəsi və aktiv sulfatarlar mövcuddur. Ərazidə fumarol və qeyzerlər üstünlük təşkil edir.
1995-ci ildə yerli əhali arasında təşviş müşahidə edilmiş. Təşvişə səbəb vulkanın püskürmə ehtimalının olması idi. Ancaq Filippin vulkan və seysmologiya institunun (PHIVOLCS) araşdırmaları nəticəsinə müəyyən edilmişdir ki, ərazidə heç bir qeyri-adi aktivlik yoxdur. Müasir dövrdə də vulkan bölgəsi normal xarakter daşıyır.
Lenoardo Knyazev vulkanının radiokarbon üsülü ilə üç dəfə püskürdüyünü təyin etmişlər. Bizim eradan əvvəl 4190-3090-cı illərdə, bizim eradan əvvəl 130-30-cu illərdə və bizim eranın 20-220-ci illərində[7].
Vulkanın zirvəsinə alpinistlərin səfəri təşkil olunur.