Mindanao — Filippin arxipelağının cənubunda yerləşən ada, onun tərkibində olan ikinci böyük ada. Ada tam olaraq Filippinə məxsusdu.
Mindanao | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 97530 km² |
Hündür nöqtəsi | 2954 m |
Əhalisi | 22.000.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
8°00′00″ şm. e. 125°00′00″ ş. u.HGYO | |
Ölkə | Filippin |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 7530 km²,[1] dünyanın ən böyük 20-ci adasıdı. Əhalisi 22 milyondu və bu göstəriciyə görə adalar arsında 8-ci yeri tutur. Mindanao adası dünyanın 125 ölkəsindən böyükdür, Hollandiya, Avstriya, Portuqaliya, Azərbaycan daxil olmaqla.
Şimalda Mindanao dəniziylə, şərqdə Filippin dəniziylə, cənubda Sulavesi dəniziylə, qərbdə isə Sulu dəniziylə əhatə olunub.
Adada Filippinin ən yüksək zirvəsi olan Apo vulkanı yerləşir. Burada həm 2954 m qədər hündürlüyü olan dağlar, həm də bataqlaşmış ovalığlar yerləşir. Ada seysmikdi, fəaliyyətdə olan vulkanlar var.
Musson subekvatorial və ekvatorial iqlimlərində yerləşir. İl ərzində düzənliklərdə havanın temperaturu 25-28 °С, İldə 1000–2000 mm yağıntılar olur (hündürlüyü 4000 m qədər olan dağlarda)
Ən böyük çayı Mindanao çayıdı, burada çoxlu göllər var (ən böyüyü Lanao-du). Adada əsasən tropik həmişə yamyaşıl və yarpağı tökülən (musson) meşələr yerləşməkdədi, sahil boyunca bəzi yerlərdə manqrov meşələrinə rast gəlmək olar. Apo dağın ətəyində Qartal qoruğu yerləşir, bura dünyada çox az olan filippin qartalların qorunması üçün yaradılmışdı.
Mindanao adasını 6 regionlara bölünüb, onların hər biri öz növbəsində bir neçə əyalətlərindən ibarətdir.
Regionlar:
Xəritədə | İnzibati region | Sahəsi km² |
Əhalisi[2] (2010-cu ilinə görə) |
Sıxlığı insan/km² |
---|---|---|---|---|
Zamboanga yarımadas | 16 823 | 3 407 353 | 202,54 | |
Şimali Mindanao | 20 132 | 4 297 323 | 213,50 | |
Davao | 20 244 | 4 468 563 | 220,74 | |
SOCCSKSARGEN | 22 466 | 4 109 571 | 182,92 | |
Karaga | 21 471 | 2 429 224 | 113,14 | |
Müsəlman Mindanao Muxtar Bölgəsi | 26 974 | 3 256 140 | 120,71 | |
Ümumi | 128 110 | 25 375 527 | 198,10 |
Burada kömür, dəmir filizlərin, əlvan metalların yataqları var. Düyü, kokos palması, ananas, abaka becərilir.
1970-ci illərdən başlayaraq burada Moro Milli Qurtuluş Cəbhəsi və Moro İslam Qurtuluş Cəbhəsi qruplaşmaları fəaliyyət göstərir. Onlardan Moro İslam Qurtuluş Cəbhəsi Filippinin cənub hissəsinin ayrılması uğrunda mübarizə aparan və orada islam dövlətinin yaradılmasını istəyən islamçı üsyançı təşkilatdı.[3] Həmçinin adanın ərazisində silahlı dəstələrinə sahib olan müxtəlif sol yönümlü təşkilatlar fəaliyyət göstərir.
Uzun hazırlıq işlərindən sonra, gözlənilirdi ki, 5 avqust 2008-ci ildə Kuala Lumpur (Malayziya) şəhərində "Moro İslam Qurtuluş Cəbhəsinin" 30 nümayəndədən ibarət nümayəndə heyəti ilə dövlət arasında sülh sazişi imzalanacaq. Lakin, Filippinin Ali məhkəməsi 2008-ci il avqustun 4-də memorandumu açıqlamışdı, hansında ki, deyilirdi ki, saziş hüquqi qüvvəyə malik olmayacaq, çünki ölkə konstitusiyasına ziddir və Filippinin dezinteqrasiyaya çıxara bilər. Saziş imzalanmadı, və bundan sonra təxminən 12 min döyüşçüsü olan "Moro İslam Qurtuluş Cəbhəsi" öz hərbi fəaliyyətini daha çox aktivləşdirdi.
Mindanao Filippinin mədəni cəhətdən ən rəngarəng adasıdı. Burada müxtəlif irqlərə aid olan və müxtəlif dillərdə danışan tayfalar və xalqlar yaşayır. Bu ada iki böyük Sulu və Magindanao sultanlığının iqamətgahı idi. Buranın buddist və taost məbədləri və xeyli sayda yaşayan Lumad adlı yerli əhalisi, buranı daha da rəngarəng edir
Adada ən çox sebuan, taqal, kreol və ingilis dilli istifadə olunur.
Buraya sonrada köçən insanlar əhalinin 63%, morolar (müsəlmanlar) 32%, Lumadlar isə 5% təşkil edir. Yerli əhalinin bir çoxu sonradan köçənlərlə nikaha daxil olublar. Adanın yerli əhalisinin mədəniyyəti Filippinin əsas mədəniyyətindən fərqlənir
Mindanao əhalisinin 70% -dən çoxu xristiandı, müsəlmanlar əhalinin 20.44% təşkil edir. Burada yayılan başqa dinlər: Yevangelist (5,34%), Aqlipay ( müstəqil Filippin kilsəsi;2.16%), İsanın kilsəsi (1,66%) və Yedinci Günün Adventistləri (1,65%)[4]
2005-ci ildə adada Yaponiya ordusunun iki əsgəri tapılmışdı: 87 yaşlı leytenant İosio Yamakave və 83 yaşlı yefreytor Sudzuki Nakauti. Onlar hələ də İkinci dünya müharibəsinin başa çatdığını bilmirdilər və fərarilik etdiklərinə görə cəzalanmağdan ehtiyatlanaraq, adada gizlənirdilər. Yaponiya səfirliyi bununla bağlı bildirmişdi ki, adada müharibənin çoxdan başa çatdığını bilməyən onlarla yapon əsgərin olması istisna edilmir.[5]