Leonardesklər (it. cəm. leonardeschi, tək. leonardesco) — Leonardo da Vinçinin Milandakı fəaliyyət illərinin üslubundan təsirlənən lombardiyalı İntibah dövrü rəssamlarına verilən ümumiləşdirici ad. Leonardesklər Da Vinçinin şagirdləri və ya sadəcə onun üslubunu mənimsəmiş rəssamlar idilər.
Həmçinin, başqa rəssamlar tərəfindən "leonardo" üslubunda (sfumato, buruq saçlar, ikimənalı təbəssüm, badamı gözlər) yaradılmış rəsm əsərləri də leonardesk adlandırılır. Hətta XX əsrin əvvəllərinədək bir çox leonardesklər ustadın öz əsərləri hesab edilirdi.