Leonid Mixayloviç Osıka (ukr. Леоні́д Михайлович Осика; 8 mart 1940, Kiyev – 16 sentyabr 2001, Kiyev) — ukraynalı kinorejissor və ssenari müəllifi. «Ukrayna poetik kinosu» dövrünün nümayəndələrindəndir.
Leonid Osıka | |
---|---|
ukr. Леоні́д Михайлович Осика | |
Doğum tarixi | 8 mart 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 16 sentyabr 2001 (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, ssenarist |
Fəaliyyət illəri | 1966-cı ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0652673 |
Ukrayna SSR əməkdar incəsənət xadimi (1988). Ukrayna xalq artisti (1998)[1].
Leonid Osıka Kiyevdə anadan olmuşdur. 8-ci sinifi bitirdikdən sonra Odessa Teatr Rəssamlıq Məktəbində qrimçi rəssam-portret rəssamı bölməsində təhsil almışdır.
Odessa məktəbini bitirdikdən sonra (1959) Leonid Osıka Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq istəyirdi, lakin müsabiqədən keçə bilməmişdi. Bundan sonra o, Kiyevə qayıdır və Karpenko-Karıy adına Kiyev Milli Teatr, Kino, Televiziya İnstitutunda qrim üzrə müəllim kimi işləməyə başlayır.
Bir il sonra ÜDKİ-nin rejissoru Sergey Gerasimovdan məktub gəlir. Məktubda komissiyanın bütün abituriyentlərin işlərinə baxmağa vaxtı çatmadığı bildirilmişdir. Bütün işlərə baxdıqdan sonra Sergey Gerasimov Leonid Osıkanın işi ilə yaxından maraqlanmış və onu müsabiqə imtahanlarında iştirak etməyə dəvət etmişdir. Leonid Osıka Moskvaya gələrək imtahanlardan uğurla keçmiş və Sergey Gerasimovun kursuna qəbul edilmişdir.
Leonid Osika kurs işi olaraq «İkisi» adlı filmini çəkir. Burada baş rolu onun ilk həyat yoldaşı olmuş Antonina Lefti ifa edir.
1965-ci ildən Aleksandr Dovjenko adına kinostudiyada işləyirdi.
1968-ci ildə Vasili Stefanikin «Daş xaç» adlı novellası əsasında eyniadlı film çəkir.
1971-ci ildə «Zaxar Berkut» adlı filmini təqdim edir.
Rejissor ağır xəstəlikdən əziyyət çəkirdi, bu isə onun yaradıcılığına ciddi təsir edirdi. Buna baxmayaraq, o, kino sahəsindən getməmişdi.
Leonid Osıka 16 sentyabr 2001-ci ildə vəfat etmişdir. Kiyevdə Baykov məzarlığında dəfn edilmişdir.