Leonid Petroviç Tatarinov (12 noyabr 1926, Tula - 14 avqust 2011, Moskva) — Sovet və rus paleontoloqu. Biologiya elmləri doktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1981), Rusiya Elmlər Akademiyasının məsləhətçisi. Onurğalıların müqayisəli anatomiyasının, ümumi təkamül məsələlərinin araşdırılması ilə məşğul olmuşdur [3].
Leonid Tatarinov | |
---|---|
Doğum tarixi | 12 noyabr 1926[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 avqust 2011[2] (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | paleontologiya |
Elmi dərəcəsi | |
Elmi adları | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
L.Tatarinov 1943-cü ildə orta məktəbi bitirdikdən sonra bioloq olmaq istəsə də, alman faşizminə qarşı mübarizəyə səfərbər olunmuşdur. Ağır xəstəliyə görə ordudan tərxis olunan L.Tatarinov Moskva Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1949-cu ildə həmin universitetin biologiya-torpaqşünaslıq fakültəini bitirmişdir. O, 1954-1973-cü illərdə Rusiya Elmlər Akademiyasının Paleontologiya İnstitutunda laboratoriya müdiri, 1975-1992-ci illərdə Paleontologiya İnstitutunun direktoru vəzifələrində işləmiş, 1992-2011-ci illərdə Rusiya Elmlər Akademiyasının məsləhətçisi olmuşdur. 250 məqalənin və 6 monoqrafiyanın müəllifidir.