Leontopodium

Edelveys (lat. Leontopodium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Edelveys
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Çiçәk qrupu az-çox sıxlıqlı yumaqcıqlar, yaxud mürәkkәb yarımçәtirlәr (bәzәn tәk sәbәtciklәr) kimi topalanmış sәbәtcikdir; adәtәn, Edelveysә xas "ulduz" fiquru әmәlә gәtirәn keçә tüklü uc yarpaqları ilә әhatәlәnmiş olur. Avrasiya dağlarında (Qafqaz vә Ön Asiyadan başqa) 30-adәk növü mәlumdur. Şәrqi Sibir vә Uzaq Şәrqdә 6–8, Orta Asiyada 2, Karpat dağlarında 1 növü bitir. Başlıca olaraq dağ-çöl vә yüksәk dağlıq qurşaqlarda (5000 m-әdәk yüksәklikdә) olur. Alp Edelveysi (L.alpinum) xüsusilә çox yayılmışdır. Qeyri-adi gözәlliyinә görә çox dәrilәn Edelveysin, demәk olar ki, nәsli kәsilmişdi. "Qırmızı kitab"a daxil edilmiş vә mühafizә olunur. Dәlicincilimin bir növü hәmçinin Krım Edelveysi adlanır.