Leopold və Astrid sahili[1] (ing. Leopold and Astrid Coast) — Şərqi Antarktidanın Şahzadə Elizabet Torpağı ərazisində, 81° və 87,5° şərq uzunluqları arasında yerləşən sahil ərazisi.
Leopold və Astrid sahili əsasən Qərbi şelf buzlağında ilə örtülmüş bölgələri əhatə edir. Sahil ilk dəfə 1934-cü ildə Norveç ekspedisiyasının rəhbəri Lars Kristensen tərəfindən kəşf edilmiş və III Leopold və kraliça Astridin şərəfinə adlandırılmışdır[2].