Lepidolit

Lepidolitmineral, mika, K2(Li,Al)5-6 [Si6-7Al2-1O20](OH, F)4.

Lepidolit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Strunz təsnifatı VIII/E.05b[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lepidolit - K əvəz edən Na, Rb, Cs qatışıqları adidir. Muskovit ilə lepidolit arasında fasiləsiz izomorf seriya mövcuddur. Litiumlu mikalarını SiO2:Al2O3 nisbətinə görə lepidolitə 3:1; irvingitə - 6:1 və poliirvingitə 9:1 ayırırlar. Quruluşdan asılı olaraq monoklinik, ya da triklinik. Habitus lövhəcikvari. Ayrılması {001} üzrə mükəmməl. Aqreqatı: vərəqli-lövhəcikvari, incəpulcuqvari. Rəngi ağ, çəhrayı, solğun-bənöv­şəyi. Sərtliyi 2,5-4. Xüsusi çəkisi 2,9. Pnevmatolitik də­yişmiş qranitlərdə, qreyzenlərdə, peqmatitlərdə, hidrotermal damarlarda. Spodumen, topaz, kassiterit, flüorit və b. assosiasiyalarda. Li, Rb, Cs mənbəyidir. Rb-Sr, habelə Ar-Sr üsulları ilə izotop yaş təyinində istifadə edilir. Sinonim: Litionit.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.