Lakz — III əsrin əvvəllərində Qafqaz Albaniyasının ictimai-siyasi həyatında mühüm rol oynayan bəzi vilayətlərdə ayrı-ayrı çarlıqların meydana gəlməsi müşahidə olunur. Tarixi mənbələrdə həmin dövrdə Albaniya ərazisində mövcüd olmuş iki qüdrətli çarlığın adı çəkilir. Bunlar "Lakz" və "Maskutların ölkəsi" ("Maskut") adları ilə gös-tərilən çarlıq-lardır[1].
Maskut o qədər də böyük deyildi. Onunla müqayisədə Lakz həm əhalisinin sayına, həm də ərazisinə görə xeyli böyük idi. Qədim mənbələrdə göstərildiyi kimi, onu hel, leg, gel, kirk, sul, çur və digər. Orta əsr ərəb tarixçilərinin al-Lakz adlandırdıqları bu çarlıq cənubdan Şirvanla, cənubi-qərbdən Şəki vilayəti ilə həmsərhəd idi[2].
Tarixçilər göstərirlər ki, XI əsrə kimi Maskut çarlığı Lakz sakinləri təsiri altında olmuş, sonra Şirvanın tərkibinə daxil edilmişdi[3].