Lerik Uzunömürlülər Muzeyi — Lerikdə muzey
Lerik Rayon Uzunömürlülər Muzeyi | |
---|---|
Əsası qoyulub | 1991-ci il |
Mövzu | Uzunömürlü insanlar haqqında məlumat |
Yerləşir | Azərbaycan, Lerik |
Kolleksiyası | Uzunömürlü insanlarla bağlı eksponatlar. |
Direktor | Dilarə Fətullayeva |
Muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünya üzrə yeganə muzeydir.
Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. Lerikdə yaşayan uzunömürlülər çox yaşamalarının sirrini təmiz dağ havası, təmiz və keyfiyyətli qida məhsulları,müxtəlif növ dağ bitkiləri, stres və əsəbdən uzaq olmaları və çox hərəkətdə olmaqla əlaqələndirirlər. Çox yaşamaqda genetik faktorların rolu böyükdür. Məsələn, Bilaband kəndində: Əbdül Heydərov (130 yaş),Canəli Heydərov və Əlif Heydərov(1898-ci il təvüllüdlü), Nənni Məmmədova (1910-2011) kimi şəxsləri misal göstrəmək olar.
Muzeyə Hollandiyadan, Almaniyadan, Fransadan, Rusiyadan, Koreyadan, Macarıstandan, Böyük Britaniyadan və s. ölkələrdən xarici qonaqlar təşrif buyurur.