Məcid Ağayev

Məcid Oruc oğlu Ağayev (1835, Tikəband, Lerik rayonu1978, Tikəband, Lerik rayonu) — çoban, Azərbaycan uzunömürlüsü.

Məcid Ağayev
Məcid Oruc oğlu Ağayev
Doğum tarixi 1835
Doğum yeri
Vəfat tarixi 1978
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı Kinənaz xanım
Milliyyəti Talış
Fəaliyyəti çoban

Həyatı[redaktə | mənbəni redaktə et]

Sovet məlumatlarına görə, Məcid Ağayev 1835-ci ildə Talış xanlığının Tikəband kəndində (indiki Azərbaycanın Lerik rayonu) anadan olub.[1][2].

1840-cı illərdə kəndə quldurlar hücum edir və M. Ağayev Tehran şəhərində kölə kimi aparılır. Sonradan doğma kəndinə qayıtmışdır.[1]

O, əmək fəaliyyətinə 1847-ci ildə başlayıb.[3] Oktyabr inqilabından sonra Məcid kolxozda çoban kimi işə düzəlir. 1972-ci ildən Ümumittifaq pensiyasına çıxmışdır.

Lerik rayon Sovetinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuşdur.

1973–1978-ci illərdə SSRİ-nin ən yaşlı insanı olmuşdur.

O, 1978-ci ildə 143 yaşında vəfat edib.

"Kino səyahətləri almanaxı" telejurnalının 127-ci nömrəsinin süjetlərindən biri də Məcid Ağayevə həsr olunub.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Məcid Ağayev ilk dəfə 1860-cı illərin əvvəllərində ailə həyatı qurmuşdur. Məcidin birinci həyat yoldaşından səkkiz övladı olmuşdur. Ağayevin birinci arvadı vəba epidemiyası nəticəsində dünyasını dəyişib.[2]

İkinci dəfə Məcid Ağayev 1905-ci ildə 15 yaşlı Kinənəzla ailə həyatı qurmuşdur. Ağayevin ikinci həyat yoldaşından yeddi övladı olmuşdur.[1][2]

Ən böyük oğlu 1868-ci ildə anadan olub. Ağayevin sonuncu övladı Şirinbacı adlı qızı olub, 1941-ci ildə Ağayevin 104 yaşı olanda dünyaya gəlib.

Rejissor və prodüser İntiqam Hacılı Məcid Ağayevin qız nəvəsidir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Странные сближения во времени". 2017-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.
  2. 1 2 3 "Реальность долголетия". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.
  3. "Альманах кинопутешествий" № 127, сюжет 2 — "Лерик — родина долгожителей"