Lermontovo (Krasnodar diyarı)

LermentovoKrasnodar diyarının Tuapsinski rayonunda kənd.

Lermontovo
rus. Лермонтово (Краснодарский край)
44°18′14″ şm. e. 38°44′58″ ş. u.HGYO
Ölkə  Rusiya
Region Krasnodar diyarı
Rayon Tuapsinski rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1958
Mərkəzin hündürlüyü 34 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 1.122 nəfər (2010)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86167
Poçt indeksi 352847
Xəritəni göstər/gizlə
Lermontovo xəritədə
Lermontovo
Lermontovo
Lermontovo xəritədə
Lermontovo
Lermontovo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd Qara dənizin Tenqinski körfəzinin sahilində, Tuapse-Novorossiysk magistral yolunun üzərində yerləşir. Cubqadan 5 km şərqdə, Şapsuxo çayının mənsəbində yerləşir. Lermontovodani çay boyu 4 km yuxarıda Tenqinka kəndi yerləşir.

Şapsuxo çayı ərazidə olan bir çox çaylar kimi bir başa dənizə tökülür. Dağlar arası vadilərlə axan çayların yuxarı axarları öz təbbi formasını qoruyub saxlaya bilib.[1] Lermantovo kəndi dəniz səviyyəsindən 34 metr yüksəklidə yerləşir. İqlimi Aralıq dənizi iqlimidir. Yağıntılar əsasən payız-qış aylarında düşür. Yayı quraq və isti keçir.

1475-ci ildə kəndin yerləşdiyi ərazi digər Şimali Qara dəniz sahilləri kimi Osmanlı İmperiyasının tərkibinə daxil oldu. 1829-cu ildə Adrianpol sülh müaqaviləsindən sonra Rusiya imperiyasının təsir dairəsinə aid oldu. Qafqaz müharibəsi zamanı Şapsuxo aulunun yerində (adıq Шапсыгъэ)[2] Qara dəniz sahil müdafiə xəttinin — Teqinski istehkamı yaradılmışdır.

1854-cü ildə Krım müharibəsi zamanı Novorossiysk bombalandıqdan və Qara dənizdə hökmranlıq edən İngiltərə-Fransız donanmasından açıq təhlükə yarandıqdan sonra Tenqinski istehkamı ləğv edildi.

Müasir kəndi bu ərazidə heç vaxt çatmayan Tenqinski piyada alayının leytenantı, şair Mixail Lermontovun adını daşıyır. Tenginski alayı 1838-ci ildə Şapsuxo çayının mənsəbində tikilmiş Tenginskoye istehkamında qarnizon qurmuşdur.

Kənd Krasnodar diyarının İcraiyyə Komitəsinin 24 sentyabr 1958-ci il tarixli qərarı ilə yaşayış məntəqələri siyahılarında qeydə alınmışdır.

1987-ci il yanvarın 1-nə olan məlumata görə Lermontovo kəndində 605 nəfər yaşayırdı. 2010-cu ilin məlumatına əsasən Lermontovoda əhalinin sayı 1122 nəfərdir.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə müxtəlif pansionatlar var. Hazırda Lermontovo kifayət qədər inkişaf etmiş kurort ərazisidir. Yayda turistləri Tenqinski körfəzinin qumlu çimərlikləri cəlb edir. Lermontovonun bütün ərazisi yetərincə dəyişdirilib: çoxlu sayda otel və əyləncə kompleksləri, su parkları, sağlamlıq mərkəzləri inşa olunub.

  1. Сайт поселка Лермонтово
  2. Светлана Григорьевна Кудаева. Адыги (черкесы) Северо-Западного Кавказа в ХИХ веке: процессы трансформации и дифференциации адыгского общества. — Нальчик: Майкопский государственный технологический университет, 2007. — С. 183. — 301 с. — ISBN 9785926922097.
  3. "Arxivlənmiş surət". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.