Les Discrets — 2003-cü ildə Fursy Teyssier tərəfindən "musiqi və sənət təcrübə platformu" olaraq həyata keçirilən Fransız bir qrup /musiqili layihədir. Digər Fransız qruplar olan Alcest və Amesoeurs'a paralel musiqi edən qrup, ilk studiya albomlarını 2010-cu ildə satışa çıxardı.
Les Discrets | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
post-metal post-rok şuqeyzinq |
Fəaliyyət illəri | 2003—h.h. |
Ölkə | Fransa |
Şəhər | Lyon |
Leybl | Prophecy Productions |
Heyət |
Fursy Teyssier Audrey Hadorn |
Keçmiş üzvlər | Winterhalter |
lesdiscrets.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrup 2003-ci ildə Phest adlı qrupda fəaliyyət göstərən Fursy Teyssier tərəfindən quruldu. Eyni növdə musiqi edən Winterhalter və Audrey Hadorn kimi musiqiçilər çox qısa bir müddət içində qrupa daxil oldu. 2009-cu ilin aprelində Alman səsyazma şirkəti Prophecy Productions ilə beş albomluq bir razılaşma əldə edən Les Discrets, eyni ilin dekabr ayında Alcest ilə ortaq EP və mart 2010-da ilk studiya albomları Septembre et ses dernières Penséesi yayımladı. Bu albom, Alman Sonic Seducer jurnalına görə tək bir tərzə sığdırılmayacaq, qaranlıq romantik musiqi ehtiva etməkdə idi.