Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya[4] — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir.
Moldova | |||||
---|---|---|---|---|---|
mold. Republica Moldova | |||||
| |||||
Discover the routes of life | |||||
Himn: "Limba Noastră" (azərb. "Bizim dilimiz") |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elanı | 27 avqust 1991 | ||||
Rəsmi dilləri |
|
||||
Paytaxt | Kişinyov | ||||
İdarəetmə forması | Parlamentli respublika | ||||
Prezident | [ 24.XII.2020 ~ ] | ||||
Baş nazir | Natalia Gavrilița [ 6.VIII.2021 ] | ||||
Sahəsi | Dünyada 140-cı | ||||
• Ümumi | 33,846 km² km² | ||||
• Su sahəsi (%) | 1,4 | ||||
Əhalisi | |||||
• Əhali | 2,682,000 nəfər (129-cu) | ||||
• Siyahıyaalma (5.10.2004) | 3 938 679 nəf. | ||||
• Sıxlıq | 120 nəf./km² (87-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 17,19 milyard dollar (148-ci) | ||||
• Adambaşına | 4 800 dollar (171-ci) | ||||
Valyuta | Moldova leyi | ||||
İnternet domeni | .md | ||||
ISO kodu | MD | ||||
BOK kodu | MDA | ||||
Telefon kodu | +373 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi.
Etnik qrup | Moldova R. | Etnik qrup | Dnestryanı R. |
---|---|---|---|
cəmi | 3 383 332 | cəmi | 555 347 |
moldavan | 2 564 850 | moldavan | 177 382 |
ukraynalı | 282 406 | rus | 168 678 |
rus | 201 219 | ukraynalı | 160 069 |
qaqauz | 147 500 | bolqar | 13 858 |
rumın | 73 276 | qaqauz | 4 096 |
bolqar | 65 662 | belorus | 3 811 |
qaraçı | 12 271 | alman | 2 071 |
belorus | 5 059 | yəhudi | 1 259 |
yəhudi | 3 608 | … | … |
polyak | 2 383 | … | … |
erməni | 1 829 | … | … |
alman | 1 616 | … | … |
tatar | 974 | … | … |
azərbaycanlı | 891 | … | … |
gürcü | 501 | … | … |
yunan | 482 | … | … |
litvalı | 259 | … | … |
latış | 185 | … | … |
eston | 77 | … | … |
digər | 4 264 | digər | 6 924 |
m.g. | 14 020 | m.g. | 17 199 |
Hal-hazırda Moldovada rəsmi dil Moldovan dilidir. Bu dil Rumın dili ilə eynidir, lakin rumınlardan fərqli olaraq, Moldovanların öz xüsusi dialekti var. Ölkədə, əsasən də paytaxt Kişinyovda moldovanlar rus dilində də danışırlar.
Etnik qrup | Say | Moldovan dili | Ukrayna dili | Rus dili | Qaqauz dili | Rumın dili | Bolqar dili | Digər dillər | Bilinmir |
---|---|---|---|---|---|---|---|---|---|
cəmi | 3 383 332 | 2 029 847 | 186 394 | 380 796 | 137 774 | 558 508 | 54 401 | 21 504 | 14 108 |
moldovan | 2 564 849 | 2 011 403 | 3 606 | 63 290 | 402 | 481 593 | 493 | 4 062 | … |
ukraynalı | 282 406 | 8 189 | 180 981 | 89 853 | 510 | 2 358 | 149 | 366 | … |
rus | 201 218 | 3 279 | 586 | 195 573 | 180 | 1 341 | 163 | 96 | … |
qaqauz | 147 500 | 1 274 | 616 | 8 618 | 136 155 | 338 | 318 | 181 | … |
rumın | 73 276 | 1 139 | 131 | 571 | 3 | 71 327 | 6 | 99 | … |
bolqar | 65 662 | 2 084 | 110 | 9 134 | 395 | 682 | 53 178 | 79 | … |
digər | 34 401 | 2 478 | 364 | 13 751 | 129 | 869 | 94 | 16 621 | 95 |
m.g. | 14 020 | 1 | … | 6 | … | … | … | … | 14 013 |
*Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.
Moldaviyanın təsərrüfatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. K/t-da üstün yeri bitkiçilik tutur, onun aqrar sahələri üzümçülük-şərabçılıq, meyvə-tərəvəz konservi, aqrar-sənaye kompleksidir (ASK). Üzümçülük-şərabçılıq mərkəzi-Kodrlarda, tərəvəzçilik Dnestr subasarlarında, meyvəçilik hər yerində yayılmışdır, əsas dənli bitkisi buğda və qarığdalıdır. Meşə-çöl zonasında şəkər çuğunduru becərilir. Öz tələbatını taxılla tam ödəyir. Heyvandarlıq şimalı və mərkəzində südlük-ətlik və donuzçuluq, cənubunda qoyunçuluqdur. ASK-si tərkibində müxtəlif maşınqayırma (bağçılıq traktorları, soyuducular, yeyinti avadanlıqları) sahələri inkişaf etdirilmişdir. İstilik və su elektrik stansiyaları fəaliyyət göstərir.
Ana məqalə: Moldovada seçkilər
Moldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofti 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.