Lev İvanoviç Borisov — Rusiyanın Xalq artisti, teatr və kino aktyoru
Lev Borisov | |
---|---|
Doğum tarixi | 8 dekabr 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 2011[1] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | serebrovaskulyar xəstəlik[d] |
Dəfn yeri | |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1954-cü ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0096844 |
Lev İvanoviç Borisov 8 dekabr 1933-cü ildə anadan olub. Boris Şukin adına teatr məktəbini bitirib, 1987-ci ildə M.N.Yermolova adına Moskva Dram Teatrının aktyoru olub.
Yaradıcı karyerası dövründə 90-dan çox filmdə çəkilib. 50-ci illərdə “Yetkinlik attestatı” (1954) filmimdə onuncu sinif şagirdi kimi debüt edib.
Aktyora “Banditski Peterburq” (“Canilərin Peterburqu”) (2000-2003) teleserialında oynadığı Antibiotik adlı kriminal avtoritetin rolu böyük uğur qazandırıb. Sonuncu kino işləri arasında “Əjdaha sindromu” (2011), “Qorqona əməliyyatı” (2011) göstərmək olar.
Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Lev Borisov 15 yanvar 2011-ci ildə çərşənbə axşamı Moskvada 78 yaşında dünyasını dəyişib[2].