Lev Lazareviç Qruber (rus. Лев Лазаревич Грубер; 24 avqust 1923, Barnaul – 30 aprel 1994, İsrail) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1987).
Lev Qruber | |
---|---|
rus. Лев Лазаревич Грубер | |
Doğum tarixi | |
Doğum yeri | Barnaul, Barnaul qəzası, Altay quberniyası, SSRİ |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | İsrail |
Vətəndaşlığı |
SSRİ → İsrail |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1949-cu ildən |
Təhsili | Azərbaycan Dövlət Teatr İnstitutu |
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı |
Mükafatları |
|
Lev Qruber 1923-cü ildə Altay quberniyasının Barnaul şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Böyük Vətən müharibəsində iştirak etmiş, Sovet Ordusunda hərbi pilot olmuşdur.[1] 1949-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Bir il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş, 1950-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının truppasında çıxış etmişdir.[2]
Aktyor 1990-cı ildə İsrailə köçmüş, orada da vəfat etmişdir.[1]
Rol | Tamaşa | Müəllif |
---|---|---|
Qnezdiç | Maskarad | Mixail Lermontov |
Keşiş | Kuraş ana | Bertolt Brext |
Pyer | Dinsizin tövbəsi | İmran Qasımov |
Səməd | Sən nə üçün yaşayırsan? | İmran Qasımov və Həsən Seyidbəyli |
Şebelski | İvanov | Anton Çexov |
Astrov | Vanya dayı | Anton Çexov |
Treplev | Qağayı | Anton Çexov |
Parfiri Petroviç | Cinayət və cəza | Fyodor Dostoyevski |
Mələk | Vəhşi mələk | Aleksey Kolomiets |
Rodion Vasilyeviç | Köhnə dəbli komediya | Aleksey Arbuzov |
Kuklin | Okean | Aleksandr Şteyn |
Aleksey İvanov | Ürəkdə əməliyyat | Anatoli Safronov |
Kleş | Həyatın dibində | Maksim Qorki |
Jura | Unudulmaz 1919-cu il | Vsevolod Vişnevski |
Qolouşev | Alovlu körpü | Boris Romaşev |
Simon Renar | Mariya Tüdor | Viktor Hüqo |