Levanev adası

Levanev adasıFrans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelaqın şimalında, Harli adasından 1.8 km cənubda yerləşir. Ada uzunsov formaya malikdir. Uzunluğu 1,7 km, eni isə 500 metrdir. Bütünlüklə buzdan azaddır. Maksimal hündürlüyü 27 metrdir.

Levanev adası
rus. Остров Леваневского
Ümumi məlumatlar
Hündür nöqtəsi 27 m
Əhalisi
  • 0 nəf. (2012)
Yerləşməsi
81°14′35″ şm. e. 54°34′07″ ş. u.HGYO
Ölkə
Levanev adası xəritədə
Levanev adası
Levanev adası

Ada Federik Cekson tərəfindən 1895-ci ildə kəşf edilmişdir. O adanı həkim Uilyam Nilin şərəfinə Nil adası adlandırır. 1950-ci ildə isə adaya Siqizmund Levanevin adı verilmişdir. O, Şimal Buzlu okeanına təyyarə ilə uçuşu zamanı yoxa çıxmışdır[2].

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Имена на карте Арктики". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-16.