Lex çayı (alm. Lech, lat. Licus) —Avtriya və Almaniyadan axan uzunluğu-250 km olan Dunayın sağ qoludur.Qərb sərhəddi Bavariya Alpları boyuncadır.
Lex çayı | |
---|---|
alm. Lech | |
| |
Ölkələr | |
Mənbəyi | Formarin gölü |
Mənsəbi | Dunay çayı/ Qara dəniz |
Uzunluğu | 248 km |
Su sərfi | 115 ± 0,001 m³/s, 120 m³/s |
Hövzəsinin sahəsi | 4100 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Bu çay öz başlanğıcını Lextan Alplarının şimal-qərbindən götürür və Almaniya sərhəddi boyu dərin dərələrlə axır. Fyusen şəhəri yaxınlığında çay Bavariya alçaqdağlığı ilə axır. Çayın orta axınında Landsberq-am-Lex şəhəri, aşağı axınında isə Auqsburq şəhəri yerləşir. Çayın illik su sərfi müvafiq olaraq 85 m³/san və 120 m³/san-dir. Çayın bolsulu dövrü yay aylarına düşür.[1]
955-ci ilin 10-12 avqustundan Auqsburq şəhəri yaxınlığında Alman kralı Otton I Velikiy macarlarla döyüşdə bu çay sahilində qalib olmuşdur.