Leyla (alm. Leila. Ein bosnisches Mädchen) — Aleksandra Kaveliusun romanı.
Leyla | |
---|---|
alm. Leila. Ein bosnisches Mädchen | |
| |
Müəllif | Aleksandra Kavelius |
Janr | Tarixi bioqrafiya |
Orijinalın dili | Almanca |
Orijinalın nəşr ili | 2001: Ullstein Tb |
Tərcüməçi | Gülarə Heydərova |
Rəssam | Azər Əsgərzadə |
Tərtibat | İsmayıl Süleymanlı |
Nəşriyyat | Parlaq İmzalar |
Səhifə | 312 |
ISBN | ISBN 978-9952-8289-0-0 |
Alman yazıçısı Aleksandra Kaveliusun qələmə aldığı “Leyla” romanında 1992-1995-ci illərdə bosniyalı serblər tərəfindən Bosniya müsəlmanlarına qarşı həyata keçirilmiş soyqırımında 16 yaşlı Leylanın iki il müddətində serb əsir düşərgəsində başına gələn acı hadisələrdən və dəhşətlərdən söz açılır.
Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür.
Roman Gülarə Heydərova tərəfindən azərbaycan dilinə tərcümə olunub və Parlaq İmzalar nəşriyyatı tərəfindən 2015-ci ildə Bakıda nəşr olunub.[1][2]