Leyla Şahtaxtinskaya (1886, Qars ş. Türkiyə – dekabr 1907, İsveçrə) — Avropada təhsil almış ilk azərbaycanlı qadın, Azərbaycanda ilk ziyalı qadınlardan biri. Görkəmli publisist, alim və ictimai xadim. İsa Sultan Şahtaxtinskinin qızıdır.
Leyla Şahtaxtinskaya | |
---|---|
Leylibanu xanım İsa Sultan qızı Şahtaxtinskaya | |
Doğum tarixi | |
Doğum yeri | Qars, Qars vilayəti, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İsveçrə |
Atası | İsa Sultan Şahtaxtinski |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Tiflis Nücəba Qızlar İnstitutu (1904); İsveçrə Universiteti (1906-07)[1] |
Leyla Şahtaxtinskaya 1902-ci ildə Tiflis Qızlar məktəbini bitirmişdir. Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qızdır. H.Z.Tağıyevin vəsaiti ilə 1904-cü ildə İsveçrədə Tibb Universitetinə daxil olmuş, lakin təhsilini başa vurmasına 2 il qalmış xəstələnərək orada vəfat etmişdir. "Molla Nəsrəddin" jurnalı Leyla Şahtaxtinskayanın ölümü ilə əlaqədar nekroloq dərc etmişdir[2].