Leyla Əliyeva (cüdoçu)

Leyla Əliyeva (1 sentyabr 1997; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu.

Leyla Əliyeva
Şəxsi məlumatlar
Tam adı Leyla Əliyeva
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (26 yaş)
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Cüdo

Həyatı[redaktə | mənbəni redaktə et]

Leyla Əliyeva 1997-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Leyla Əliyeva 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] Qızların turnirində mübarizə aparan Leyla Əliyeva turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Adiya Sayin ilə üz-üzə gəldi.[1] Həmin görüşdə Leyla Əliyeva rəqibinə ipponla qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[1] Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Anastasiya Turçeva oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə onun rəqibi Türkiyə Melisa Çaxmaqlı oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Leyla Əliyeva rəqibinə məğlub oldu.[1] Bununla da Leyla Əliyeva Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[1][2][3] Leyla Əliyeva həmdə Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində cüdo idman növü üzrə turnirdə medala sahib olan birinci idmançı oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 Azerisport.com idman portalı. "Азербайджан выиграл три серебра в первый день Юношеских Игр". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  2. Azerisport.com idman portalı. "Серебряный хет-трик на старте Юношеских Игр". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. Azerisport.com idman portalı. "Первые медали Азербайджана на Юношеских Играх". www.azerisport.com (rus.)). 01.11.2022. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.