Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Azərbaycan Respublikası Dövlət Sərhəd XidmətiAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.[2]

Dövlət Sərhəd Xidməti
  • Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 31 iyul 2002
Əvvəlki qurum Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi
İllik büdcəsi 487,698,516 Azərbaycan manatı (2024)[1]
Baş qərargah Bakı
Ünvan Bakı, Zərifə Əliyeva küç. 30
Rəhbərlik
Rəis Elçin Quliyev
Rəsmi saytı dsx.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[3]

18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.[4][5]

1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi.

Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.

Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Həmin fərmanla Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. Dövlət Sərhəd Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və Dövlət Sərhəd Xidmətinin normativ-hüquqi aktlarını rəhbər tutur.

Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsilə həyata keçirir. Dövlət Sərhəd Xidmətinin strukturuna baş idarələr, idarələr, şöbələr və digər qurumlar daxildir. Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatı, sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri, sərhəd nəzarəti dəstələri, hərbi hissələr, habelə digər struktur bölmələr Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir.

Dövlət Sərhəd Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında qurur.[6]

Sahil Mühafizəsi

[redaktə | mənbəni redaktə et]

2001-ci ildə, Azərbaycan Türk Donanması ilə əməkdaşlıq apararaq xüsusi qüvvələr birləşməsi – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi'ni qurdu. Vahidin təlimi və təşkilat ola bilsin ki strukturu onlarla təlim əlaqələrinə malik olan Türk xüsusi qüvvələrinə, Taarruz Türk xüsusi Su Altg-ına və Birləşmiş Ştatları Xüsusi Qüvvələrinə oxşardırlar. 2004-cü ildə Kiçik çay Desant (Suda-quruda yaşayan) Əsasından (Bazasından), ABŞ Dəniz SEAL komandası Azərbaycan Donanmasının 641-ci Xüsusi Müharibə Hərbi-dəniz Vahidi müştərək tapşırıqlarda (tətbiqlərdə, məşqlərdə), yerləşdirilmişdə Bakının, xaricində Azərbaycanın Hərbi-dəniz Stansiyasında iştirak edir. Vahid 'təsirli yeni dəniz xüsusi qüvvələr vahidi kimi təsvir edilmişdir. 2005-ci ildə, Blekuoter ABŞ-nin Dəniz Bölməsi Azərbaycan hərbi-dəniz xüsusi qüvvələri üçün rəhbərlik etməyə razı oldu.

Çevik Hərəkət Dəstəsi

[redaktə | mənbəni redaktə et]

Yaşıl beretlilər kimi tanınan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin əsas vəzifələri :

  • Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş digər əşyaların, habelə Azərbaycan Respublikasının Dövlət sərhədlərindən hər hansı bir yolla keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qarşısının alınmasını təmin edir.
  • Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi ilə əlaqədar səlahiyyətləri daxilində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir.
  • Azərbaycan Respublikasının dövlət sərhədindən keçən şəxslərin Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququna dair sənədlərinin yoxlanılmasını, həmin sənədlərdə müvafiq qeydlərin edilməsini, qanun pozuntusu aşkar edildiyi hallarda qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir.
  • Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin təminatı ilə bağlı hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparır, əməliyyat-qeydiyyat işini başlayır və onu qeydiyyata alır.
  • Əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətlərinə aid informasiyalar əldə edildiyi təqdirdə zəruri hallarda təxirəsalınmaz tədbirlər keçirməkdə həmin orqanları dərhal məlumatlandırır və onlara lazımi kömək göstərir.
  • Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir.
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada əsas vəzifələri yerinə yetirir
  • Dövlət Sərhəd Xidməti qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.

İkinci Qarabağ müharibəsində

[redaktə | mənbəni redaktə et]

Müharibə zamanı DSX-nin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Döyüş əməliyyatları zamanı 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5 203 nəfəri isə müxtəlif medallarla təltif olunub.[7] Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə yenı zastavalar yaradılmışdır.

Sentyabr toqquşmalarında Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu[8], Qaraheybət helikopter qəzasında 14 hərbi qulluqçusu şəhid olmuşdur.

DSX Vətən müharibəsi qəhrəmanları
DSX şəhidləri[9]

24 may 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasında Siyasi repressiya qurbanları muzeyinin açılışı keçirilib.[10]

  1. ""Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə". e-qanun.az (ingilis). 2024-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2024.
  2. "Azərbaycanın tarixi sərhədlərinin yaranması və formalaşması (ən qədim zamanlardan 1918-ci ilə qədər). dsx.gov.az". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  3. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  4. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət sərhəd mühafizə sisteminin yaradılması və fəaliyyəti (may 1918–aprel 1920). dsx.gov.az". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  5. dsx.gov.az Azərbaycanın dövlət sərhəd mühafizə sistemi sovet hakimiyyəti illərində (aprel 1920 — dekabr 1991-ci il).. dsx.gov.az [ölü keçid]
  6. "Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin sərhəd mühafizə sisteminin yaradılması və inkişafı (yanvar 1992–yanvar 2012-ci illər). dsx.gov.az". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  7. "Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-02.
  8. "Şəhidlərimizin sayı 80'nə çatdı". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-02.
  9. "Dövlət Sərhəd Xidmətinin Şəhidləri". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-04.
  10. AzərTAc. ""Siyasi repressiya qurbanları muzeyi" açıldı" (az.). Youtube.com. 24.05.2019. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]