Leyte adası (ing. Leyte) — Filippin arxipelaqının mərkəzində, Mindanao adası adasından şimalda yerləşir. Əhalisi — 2 188 295 nəfərdir[1] (2010).
Leyte adası | |
---|---|
ing. Leyte | |
Ümumi məlumatlar | |
Sahəsi | 7367,6 km² |
Uzunluğu |
|
Eni | 65 km |
Hündür nöqtəsi | 1349 m |
Əhalisi | 2.188.295 nəfər (2010-cu il) |
Yerləşməsi | |
10°36′33″ şm. e. 124°55′41″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın uzunluğu (şimaldan cənuba) — 183 km, sahəsi — 7367,6 km² təşkil edir[2]. Mərkəzdə və qərbdə alçaq dağlar yerləşir. Burada vulkan məşəlli Lobi dağı vardır (1349 m). Subekvatorial iqlimə malik olaraq, il ərzində 2000 mm yağıntı düşür. Ərazidə Musson meşələri geniş yayılmışdır. Maxaqnao-Volkano və Kuipnit-Balinsasayo parkları vardır.
Ada yaxınlığında dünya tarixində İkinci Dünya müharibəsinin Yaponiya və ABŞ hərbi donanmaları arasında ən qanlı dəniz döyüşü baş vermişdir. 8 noyabr 2013-ci ildə adaya «Xayan tayfunu» böyük zərbə vurub[3].
Ada iki vilayətə bolünür: Leyte (1 789 158 nəf.) və Cənubi Leyte (399 137 nəf.). Əsas şəhər və limanı Taklobandır. Adada kakos palması, şəkərqamışı, abaki və qarğıdalı yetişdirilir.