Liatris Holding — Azərbaycanda fəaliyyət göstərən holdinq. Təsisçisi və rəhbəri Ruhi Əliyevadır.[1]
Liatris Holding | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 2018 |
Baş qərargahın yeri |
2018-ci ildə Bakıda fəaliyyətə başlayıb.[2]
Liatris Travel” "Liatris Holding" şirkətlər qrupuna aid olan tibbi və səyahət şirkəti 2018-ci ildən olaraq Azərbaycanda və xaricdə tibbi, istirahət və biznes səyahətlərinin təşkil edən şirkətdir.
Ünvan: Azərbaycan, Bakı, Nərimanov rayonu, Mixail Koveroçkin 38, (Hərbi Prokurorluğun yanı)
“News24.az” xəbər portalı 2018-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və həmin ilin iyun ayından fəaliyyət göstərir.
News24.az xəbər portalı siyasi, iqtisadi, sosial, kriminal, turizm, mədəniyyət, idman, şou-biznes sahəsində xəbərləri təqdim edir. Eləcə də saytda foto və videobloq bölümü də fəaliyyət göstərir ki, burada özəl reportajlar, müsahibələr və digər məlumatlar yer alır.
Sayt "Liatris Holding"-nin tərkib hissəsidir.
“Liatris Yapım” Ruhi Əliyevanın rəhbərliyi ilə 2019-cu ildə Türkiyədə fəaliyyətə başlayıb.[3] 2020-ci ildə “Ağır Romantik” adlı film çəkib.[4]
“Emerald Butik” zərgərlik evi əl işi olan qızıl-zinət əşyalarını təklif edir və dünya brendlərinin müxtəlif çeşidli məhsulları satışdadır.
Mağaza iş xanımı Ruhi Əliyevaya məxsusdur.
MRH GROUP rəqəmsal (digital) və internet marketing, PR işləri, sosial şəbəkələrdə reklam, informasiya texnologiyaları, İnternet texnologiyaları, proqram hazırlanması və paylanması sahəsində xidmətlər göstərən şirkətlər qrupudur.
MRH GROUP fəaliyyətə 2020-ci ilin iyul ayında başlamışdır. Bu müddət ərzində şirkət Digital Marketing xidmətlərinin müxtəlif sahələrini əhatə edən bir neçə bölmə yaradıb.
“OLAY.az” internet qəzeti “Liatris Holding” şirkətinin tərkibində 2021-ci ilin oktyabrın 4-də fəaliyyətə başlayıb.
Saytda Azərbaycanın mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən xəbərlər dərc edilir. İnternet qəzetdə şou, mədəniyyət, dəb, əyləncə, gözəllikdən bəhs edən müsahibələr, reportajlar, bloq yazıları yayımlanır.
Portal 2022-ci il, noyabrın 14-də şirkətlə işbirliyini sonlandıraraq müstəqil informasiya siyasəti həyata keçirməyə başladığını açıqlayıb.[5]
Rekord TV və ya qısaca R TV internet kanalı 2023-cü ildə “Liatris Holding”in nəzdində fəaliyyətə başlayıb.[6] 2024-cü ilin sentyabrına qədər kanala jurnalist Tural Müseyibov rəhbərlik edib.[7]