APA Group

APA GroupAzərbaycanda fəaliyyət göstərən, Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü media-holdinq.[1] Təsisçisi və rəhbəri Vüsalə Mahirqızıdır.

Əvvəlki adı ilə “APA Holdinq” 3 oktyabr 2012-ci ildə yaradılmışdır. Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur.

Holdinqin fəaliyyət istiqamətlərinə informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsi daxildir. Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb. Şirkət “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir.

3 oktyabr 2012-ci ilində “APA Holdinq” kimi yaradılan şirkət 2019-cu ilin fevral ayından “APA Group” adı altında fəaliyyət göstərir.

2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.[2]

3 oktyabr 2012-ci ildə "Azəri-Press" Agentliyi MMC-nin əsasında "APA Holding" təsis olunmuşdur.[3] Holdinq bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. Onun tərkibinə "Azəri-Press" Agentliyi (APA) MMC, "Lent.az", "Vesti.az", "APASport.az" informasiya agentikləri, "APA SERVİS" MMC və "APAmark" MMC daxildir. "APA Servis" MMC-nin tərkibində "APA TV" internet televiziyası, "Lent.az" İnformasiya Agentliyi MMC-nin tərkibində isə "Kulis.az" və "Ailəm.az" törəmə strukturları fəaliyyət göstərir.[4]

2018-ci ilin avqust ayında "APA Holding" bir müddət fəaliyyətini dayandırmış[5] və 2019-cu ildən fəaliyyətini bərpa etmişdir.[6] Həmin vaxtdan holdinq "APA Group" adı ilə fəaliyyət göstərir.

"APA Group"un rəhbəri Vüsalə Mahirqızı, direktorlar şurasının sədri isə Nurşən Quliyevdir.

“APA Group”a aşağıdakı qurumlar daxildir:


  1. ""Azerbaijan: Media · Azerbaijan · Caspiana"". 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
  2. "'APA Holding' fəaliyyətini dayandırıb". www.azadliq.org. www.azadliq.org. 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2018.
  3. Т.Максутов. "ООО "APA Holding" — восемь лет" (rus). Эхо. 17 ноября 2012. səh. 4. 27 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2024.
  4. ""APA Group" haqqında". apagroup.az. 27 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2024.
  5. ""APA Holding" tamamilə bağlandı". modern.az. 30 avqust 2018. 27 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2024.
  6. "APA fəaliyyətini bərpa etdi". oxu.az. 27 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]