Liberal Atatürkçülük[1] və ya Liberal Kamalizm[2], Türkiye Cümhuriyyətinin qurucu ideologiyası olan Kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsidir.[3] Liberal Kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır.[3] Ağaoğlu əvvəllər milliyətçi bir insan idi.[4]
Liberal Kamalizm, iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir.[5]
Liberal Kamalizm, sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.[6]