Liberal kamalizm[1] və ya liberal atatürkçülük[2] — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi.[3] Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır.[3] Ağaoğlu əvvəllər milliyətçi bir insan idi.[4]
Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir.[5]
Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.[6]