Lidiya Olekseyevna Belozyorova (ukr. Лідія Олексіївна Бєлозьорова; 31 mart 1945, Xerson – 15 fevral 2022, Vinnitsa) — Ukraynalı səhnə və ekran aktrisası. O, ilk fəaliyyətnə Nikolay Kuliş Teatrında rəssam kimi başlayıb. Peşəkar karyerasına 1968–1969-cu illərdə Rivne Musiqili-Dram Teatrında başlayan Lidiya, sonrakı fəaliyyətini 1969–1972-ci illərdə Mariya Zankovetska Teatrında və nəhayət, Nikolay Sadovski adına Musiqili-Dram Teatrında davam etdirib. Belozyorova Nikolay Sadovski adına Musiqili Dram Teatrında 100-dən çox dram və musiqili tamaşada çıxış edib. O, Ukrayna SSR əməkdar artisti, Ukraynanın xalq artisti adlarına layiq görülüb və 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilib.
Lidiya Belozyorova | |
---|---|
Doğum tarixi | 31 mart 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 15 fevral 2022 (77 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | kino aktrisası |
Mükafatları |
Ukraynanın xalq artisti Nikolay Zarudni mükafatı 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni |
Lidiya Belozyorova 31 mart 1945-ci ildə Xersonda anadan olub.[1][2] 1963-cü ildə o, Nikolay Kuliş Teatrında rəssam kimi fəaliyyətə başlayıb.[3] Belozyorova 1968-ci ildə İ. K. Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin məzunu olub.[4][5][6]
O, 1968–1969-cu illərdə Rivne Musiqili-Dram Teatrında, 1969–1972-ci illərdə isə Mariya Zankovetska Teatrında aktrisa kimi çalışıb.[2][5][6] 1972-ci ildə Belozyorova Nikolay Sadovski adına Musiqili Dram Teatrında çalışmağa başlayıb[4][7] və teatrda 100-dən çox dram və musiqi tamaşalarında rol alıb.[8]
Kinoda da rolları var idi. O, 1971-ci ildə çəkilmiş "Şən Jabokriçilər" filmində Parasya rolunu, 1972-ci ildə Boris İvçenkonun "İtirilmiş məktub" filmində kazakın arvadı və 1975-ci ildə İsaak Şmarukun "Sadə qayğılar" filmində Valeriya obrazını canlandırıb.[1] Belozyorova 2005–2007-ci illərdə "Muxtarın qayıdışı" televiziya proqramının ikinci, üçüncü, dördüncü, beşinci və altıncı seriyalarında rol alıb.[6]
Belozyorova, aktyorluğu ilə yanaşı güclü səsə də sahib idi. O, adətən müxtəlif yaş, temperament, xarakter və millətdən olan qəhrəmanları canlandırırdı.
Belozyorova 2022-ci il fevralın 15-də Vinnitsada vəfat edib.[9]
Fevralın 17-də günortadan sonra Vinnitsa şəhərinin Nikolay Sadovski adına Musiqili Dram Teatrında Belozyorovanın xatirəsinə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi təşkil olunub.[2]
1993-cü ildə o, Ukraynanın əməkdar artisti adına və eyni zamanda da Ukraynanın xalq artisti adına layiq görülüb.[3] Belozyorova 2001–2002-ci illərdə "teatr işinə görə" Nikolay Zarudni mükafatı laureatı adına layiq görülüb.[1][5][8] 2003-cü ildə isə O, 3-cü dərəcəli "Knyaginya Olqa" ordeni ilə mükafatlandırılıb.[5]