Lifistiomorf hörümçəklər

Lifistiomorf hörümçəklər və ya Qarnıbuğumlular (lat. Mesothelae) — bu yarımdəstəyə ən primitiv quruluşlu hörümçəklər daxildir.

Lifistiomorf hörümçəklər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
???:
Lifistiomorf hörümçəklər
Beynəlxalq elmi adı

Ümumi xarakteristika

[redaktə | mənbəni redaktə et]

Bu yarımdəstənin nümayəndələrinin bədən ölçüləri 11–35 mm-dir. Xeliserləri önə doğru uzanmışdır. Zəhər vəziləri iri olmur. Pedipalpları iridir, təxminən ayaqları uzunluqdadır. Qarıncıqları buğumlu olub, 11 buğumdan ibarətdir. Qarıncığın qurtaracağında 8 ədəd tor ziyili yerləşir. Ağciyərləri iki cütdür. Bu yarımdəstənin Liphistiidae fəsiləsində birləşən 8 növü vardır. Bu növlərə Cənubi-Şərqi Asiyada rast gəlinir. Bir növü isə mağaralarda yaşayır.