Lika (çay)

Lika — Xorvatiyanın Lika bölgəsində çay. 78.1 kilometr uzunluqdadır və 1.570 kvadrat kilometr sahəsi olan bir hövzəyə malikdir. Çayın mənbəyi 596 metr hündürlükdə olan Velebit dağından axan bulaqlardan başlayır. Əsas qolları solda Novçika və Otesika, sağda Qlamoçika və Yadovadır.[1]

Lika
Lika
Ölkə
Uzunluğu
  • 77 km
Su sərfi 28 m³/s
Hövzəsinin sahəsi 1.014 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çayın üzərində uzunluğu 70 m və eni 5.5 metr olan Kosinc körpüsü tikilmişdir.[2] Çayda tez–tez daşqınlar olduğu üçün suyun axmasını asanlaşdıran silindrik yarıqlarla inşa edilən körpü 1936-cı ildən istifadəyə verilmişdir.[3]

Lika çayı üzərində Su elektrik stansiyaları qurulub. 1971-ci ildə Senj SES və Sklope SES su ehtiyaclarını ödəmək üçün çayın qarşısını kəsərək süni Krusçika gölü yaradıldı.[4] Hər 10 ildən bir süni gölün dibini, bənd konstruksiyalarını və hidromexanik avadanlığını yoxlamaq,aşınmaları düzəltmək üçün gölün suyu boşaldılır. 2010-cu ildə göl yenidən boşaldıldı.

  1. "Lika çayı". 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.
  2. "KOSINJSKI MOST". 2021-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-28.
  3. Kosinc körpüsünün rəsmi
  4. "Rijeka Lika i jezero Kruščica". 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-28.