Liliya Sakmar

Liliya Sakmar (başq: Лилиә Һаҡмар, doğumu: 3 oktyabr 1962, Yumaşevo aulu, Baymak rayonu, Başqırdıstan MSSR) — Başqırd şairi,[1] dramaturqu, jurnalisti, tərcüməçisi, Başqırdıstan Respublikası və Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü (1996), Başqırdıstan Respublikası və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü (2000), Beynəxalq Ədəbiyyat Fondunun üzvü (2009)

Лилиә Зәйнулла ҡыҙы Ҡәйепова
başq. Лилиә Зәйнулла ҡыҙы Ҡәйепова
Təxəllüsü Liliya Sakmar
Doğum tarixi (61 yaş)
Doğum yeri Yumaşevo aulu, Baymak rayonu, Başqırdıstan MSSR
Vətəndaşlığı SSSR, Rusiya Federasiyası
Milliyyəti başqırd türkü
Təhsili Başqırdıstan Dövlət Universiteti
Fəaliyyəti yazıçı, şair, dramaturq, publisist
Fəaliyyət illəri 1993 –
Əsərlərinin dili başqırdca
Janrlar şeir, hekayə, dram, esse

Həyatı[redaktə | mənbəni redaktə et]

Liliya Zeynulla qızı Kaibova (təxəllüsü Liliya Sakmar) 3 oktyabr 1962-ci ildə Başqırdıstan MSSR-in Baymak rayonunun Yumaşevo aulunda anadan olmuşdur. 1984-cü ildə Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsinin başqırd-rus bölməsini bitirmişdir. Universiteti bitirdikdən sonra Xaybullinsk rayonunda İsyanqıldinsk orta məktəbində rus dili və ədəbiyyatı müəllimi, rayon komsomol komitəsinin katibi, Bayquskar kəndində kitabxanaçı vəzifələrində işləmişdir. 1989-cu ildən Ufada qadınlar üçün “Başqırdıstan qızı” dərgisinin, gənclər üçün “Yaşlek” qəzetinin, daha sonra respublikanın mədəniyyət və incəsənət təmayüllü “Tamaşa” (2015-ci ilə qədər) jurnalının redaktoru və baş redaktorun müavini vəzifələrində çalışmışdır. Yaradıcılığı Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdə başlayan Liliya Sakmar altı bədii kitabın, çox sayda mahnı mətninin müəllifidir. “Sınmış telefon” (Боҙоҡ телефон), “Ulduz körpüsü” (Йондоҙло күпер) adlı dram əsərləri Başqırdıstan teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. “Ural Batır” operasının librettosunun müəllifidir. “Türk Dünyası” dərgisi ilə sıx əməkdaşlıq edir. Əsərləri Ukrayna, rus, türk, tatar və başqa dillərə çevrilmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Teşekkür belgesi. Bursa. Türkiyə (2011)
  • TÜRKSOY-un Ali Mükafatı. Ankara, Türkiyə (2012)
  • Başqırdıstan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı (2017)

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Йондоҙ ҡыҙы: Шиғырҙар/ "Шарлама"йыйынтығында. Өфө: Китап,1993.123 — 152 бб.
  • Тере шишмә: Шиғырҙар, поэма / «Көмөш йөҙөк» йыйынтығында. — Өфө, Китап. 1998. 159—226 бб.
  • Эстафета: Шиғырҙар, поэмалар. — Өфө: Китап, 2006. — 176 б.
  • Счастливая женщина — Бәхетле ҡатын: Мәҙәк хикәйәләр. Юмористические рассказы. — Уфа: БРСБС, 2012. −100 б..Башҡ, рус.
  • Балапан: драмалар, сценарийҙар, поэмалар, хикәйәләр, тәржемәләр. — Өфө: Китап, 2013. — 304б. (электрон баҫма)
  • Матур йәшәй белеү — батырлыҡ! :шиғырҙар, поэмалар/Лилиә Һаҡмар. — Өфө: Китап, 2017. - 200 бит.

Tərcümələri[redaktə | mənbəni redaktə et]

  • Liliya Sakmar Azərbaycan ədəbiyyatından Nizami Gəncəvi, Bəxtiyar Vahabzadənin Türkiyə ədəbiyyatından Yunis Əmrə, Mehmet Ersoy, Orxan Vəli, Əli Akbaş, İbrahim Tərzioğlu, Ünal Kar və başqalarının, Ukrayna ədəbiyyatından M.M.Petrenkonun əsərlərini başqırd dilinə çevirərək yayınlamışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Писатели земли башкирской. Справочник / Сост.: Р. Н. Баимов, Г. Н. Гареева, Р. Х. Тимергалина. – Уфа: Китап, 2006. – 496 с. (c.343). Рус. (рус.)
  • Литературная карта Республики Башкортостан. Лилия Каипова –Каипова Лилия Зайнулловна – литературный псевдоним (Лилия Сакмар.)Втр, 04/24/2012 – 11:07
  • Зарипов Ғ. Шиғырҙар менән һөйләшеү.//Шоңҡар (журнал). № 2,1999. 30-35 бб. Башҡ.
  • Ханнанова З. Көмөш йөҙөк балҡышы. Әҙәби байҡау.// Шоңҡар (журнал). - № 3, 2001.Башҡ.
  • Кәримова А. Мөғжизәләр тулы Талҡаҫ буйы.//Тамаша (журнал) № 4, 2005.
  • Ҡотоева Г. Гүзәллекте тойоп йыуанһаң. //Башҡортостан ҡыҙы (журнал) № 7, 2006. 19-21бб.
  • Аҡбулатова Ф. Тере шишмә тамсылары. // Башҡортостан (гәзит). № 193, 2012.
  • Материалы региональной студенческой научно-практической конференции (25-29 марта 2013г.), г.Сибай. В 4-х частях: Ч.IV / отв. ред. И.С. Хамитов. – Сибай: Издательство ГУП РБ "СГТ", 2013. – 276 с.
  • Бүләкова Ғ. Лилиә Һаҡмар ижады тураһында. Ағиҙел (журнал), 2017.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Встреча с Лилией Сакмар". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-01.