Limfyord boğazı

Limfyord boğazı[1] (Lim Fjord, Limfjorden) — Danimarkanın şimalında, Yutlandiya yarımadası ərazisində Şimal dənizi ilə Katteqat boğazını birləşdirən boğazlar şəbəkəsi. Boğazın uzunluğu 180 km təşkil edir.

Limford
dan. Limfjorden
"
"
Ümumi məlumatlar
Uzunluğu 160 km
Ən böyük dərinliyi 24 m
Yerləşməsi
56°56′34″ şm. e. 9°04′30″ ş. u.HGYO
Ölkə  Danimarka
Akvatoriyası
Ayırır Yutlandiya yarımadası ilə Şimali Yutlandiya adasını
Limford xəritədə
Limford
Limford
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Boğaz əsasən göl tipli bitkilərlə örtülüdür. Limford Şimali Yutlandiya adasını Yutlandiya yarımadasından ayırır. Orta dərinliyi 3–5 m, maksimal dərinlik isə 24 m-dir.

Limford boğazında 90-dan çox ada vardır. Ən iri adaları: MorsFur adası.

Ən əhəmiyyətli limanı Olborqdur. Limford balıqçılıq rayonudur. 1825-ci ilə qədər Limford körfəz olmuşdur. Həmin ildə baş vermiş fırtına zamanı qumdan ibarət olan burun tam yuyulmuş və boğaza çevrilmişdir. Bununla da Şimali Yutlandiya yarımadadan adaya çevrilmişdir.

  1. Олборг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 339.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]