Limojust (oksitanca: "Lemòtges" və ya "Limòtges") Fransanın Limuzen regionundakı Yuxarı Vyenna departamentində yerləşən bir şəhərdir. Şəhərin bələdiyyə sərhədləri daxilində yerləşən əhalisi 138 882 nəfər təşkil edir (2007-ci ilin statistik məlumatlarına əsasən). Şəhər ətrafı ərazilər ilə bərabər Limoj metropol şəhərinin əhalisi 193,342 nəfər təşkil edir. Mərkəzi olduğu şəhərləşmiş ərazinin əhalisi isə 2007-ci ildəki statistik məlumatlara əsasən 263,645 nəfər olmuşdur. Bu əhali sayı ilə Limoj Fransanın cənub-şərq hissəsində yerləşən Tuluza və Bordo ətrafındakı şəhərləşmiş ərazilərdən sonra üçüncü yeri tutmuşdur.
Limoges | |
---|---|
45°50′04″ şm. e. 1°15′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 294 m, 209 m[3], 431 m[3] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 87000[5], 87280[5], 87100[5] |
Digər | |
limoges.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ilin əvvəllərində isə Limoj bədii və tarixi şəhər kimi tanınmışdır.
Şəhərin tarixində baş verən mühüm hadisələr (yəni, 1895-ci ildə Limojda ümumi fəhlə konfederasiyasının yaradılması, 1905-ci ildə şəhərdə baş verən böyük fəhlə tətilləri və şəhər seçicilərinin daimi olaraq solçu namizədlərə səslərini verməsi) nəzərə alınarsa, şəhərə bəzən verilən “qırmızı şəhər” ləqəbinin səhv olmadığını güman etmək olar. Eləcə də, şəhər haqqında bəzən deyilən “od və alov şəhəri” ləqəbi də, şəhərdə əhəmiyyətli olan orta əsrlərdən bəri beynəlxalq şöhrət qazanmış minaçılıq sənəti, həmçinin də XIX əsrdə öz zirvə nöqtəsinə yetişən məşhur Limoj çini sənayesi və şüşə məmulatlarının istehsalı səbəbindən məqbul bir ləqəb ola bilər. Bütün bunlardan əlavə, Limoj şəhəri istehsal olunan konyak içkisinin saxlanılması və köhnəldilməsi üçün çox vacib hesab edilən palıd çəlləkləri ilə də çox məşhurdur.