Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra).
şəhər | |||||
Tuluza | |||||
---|---|---|---|---|---|
fr. Toulouse oks. Tolosa | |||||
|
|||||
43°36′16″ şm. e. 1°26′38″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Region | Oksitaniya | ||||
Mer | Jan-Luk Mudenk | ||||
Tarixi və coğrafiyası | |||||
İlk məlumat | 106 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 156 m[4], 115 m[5], 263 m[5] | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Etnoxronim | tuluz, tuluzlar[1] | ||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 31000[7], 31100[7], 31200[7], 31300[7], 31400[7], 31500[7] | ||||
Digər | |||||
mairie-toulouse.fr (fr.) | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu".
Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir. Əvvəldən burada Oksitan dili istifadə edilir. Tuluzanın sol sahildə - Sen-Sipreyen, arxasında isə müasir inkişaf yatağının bir sahəsi olan Mirai yerləşir.
419-cu ildən 507-ci ilə kimi Vestqot krallığı səltənətinin paytaxtı Tuluza olmuşdur.
508-ci ildə Tuluza, I Xlodviq başçılıq etdiyi franklar tərəfindən ələ keçirilir. Zaman-zaman Tuluza, müstəqil Aktivaniya krallığının paytaxtı oldu. 721-ci ildə Tuluza Saratinlərin mühasirəsinə qarşı çıxdı. 778-ci ildən Tuluza Fransanın cənubunu öz nəzarəti altında saxlayan, qrafların iqamətgahı idi.