Limonlu yovşan

Limonlu yovşan (lat. Artemisia balchanorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.

Limonlu yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Türkmənistanda, Azərbaycanda dağ yamaclarında bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Limonlu yovşanın hündürlüyü 50-80 sm, diametri 50-60 sm olan mürəkkəbçiçəklilər fəsiləsindən olan çox budaqlanan yarımkoldur. Oduncaqlı çoxillik zoğlara malikdir. Yarpaqları 2-3 yerə lələkvari bölünmüşdür. Səbətləri oval-uzunsov, uzunsov süpürgədə yerləşir. Çiçəkləri ikicinslidir. Külək və həşəratların vasitəsilə çarpaz tozlanır. Çiçəkləməsi vegetasiyanın birinci ilində başlayır. Oktyabrda çiçəkləyir. Toxumları dekabrda yetişir, çox xırda, açıq-boz rənglidir. Toxumla və vegetativ üsulla çoxalır. Toxumların cücərdilməsi üçün optimal temperatur 10-12C olmalıdır.

Limonlu yovşan yüksək quraqlığa və qışa davamlılığı, torpağa tələbkar olmaması ilə fərqlənir. Onu digər kənd təsərrüfatı bitkiləri üçün yararlı olmayan az məhsuldar torpaqlarda becərmək olar. Ancaq limonlu yovşanın əkilməsi üçün sahəni əvvəlcədən hazırlamaq lazımdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda, Balaxanıda təbii yayılmışdır.

Bitki xoş sitrus qoxuludur. Yovşandan likör istehsalında və qənnadı sənayesində alkoqolsuz içkilər hazırlanır. Yağı açıq-sarı, hərəkətlidir; onun əsas komponentləri sitral, linalol və geranioldur. Ətriyyat-kosmetika sənayesində və sitral geraniol və lianolun alınması üçün istifadə edilir.