Linden Eşbi

Linden Eşbi (ing. Linden Ashby; 23 may 1960[1][2], Atlantik-Biç[d], Florida) — ABŞ aktyorudur. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Conni Keyc roludur.

Linden Eşbi
ing. Linden Ashby
Doğum adı Linden Eşbi
Doğum tarixi 23 may 1960(1960-05-23)[1][2] (64 yaş)
Doğum yeri
Həyat yoldaşı Susan Walters
Uşağı 2
Fəaliyyəti aktyor, televiziya aktyoru, karateçi, taekvondoçu, kino aktyoru, kinorejissor
Fəaliyyət illəri 1983-cü ildən
IMDb ID0000798
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Linden Eşbi 23 mart 1960-cı ildə Atlantik-Biç şəhərində dünyaya gəlmişdir.[3] Məktəbi bitirdikdən sonra Koloradonun məntəqələrindən biri olan Dyuranqo məntəqəsində yerləşən Fort Lyuis kollecinə daxil olur. Burada Linden Eşbi biznes və psixologiyanı oxuyur. 21 yaşından başlayaraq Linden Eşbi karate, taekvondokunq-fu kimi döyüş sənətləri ilə məşğul olmağa başlayır. 1987-ci ildən başlayaraq filmlərdə və seriallardə iştirak edir. Linden Eşbi 1986-cı ildən etibarən ABŞ aktrisası Syuzan Uolters (ing. Susan Walters) ilə ailə həyatı qurmuşdur. Onların Qreys (1991) və Savanna (1992) adlı iki qız övladları var. Linden Eşbi sörfinqlə və buz üstə sürüşmə ilə maraqlanırdı. Həmçinin, şəxsi samolyotu ilə səyahət etməyi də xoşlayırdı.

  • 1987 – Balaca varlı kasıb: Barbara Hattonun həyatı
  • 1990 – Gecə mələyi
  • 1990 – Günəşin mərkəzində
  • 1990 – Cənab və xanım Bric
  • 1995 – Ölümcül döyüş
  • 1995 – Partlayış
  • 2000 – Qətl günü
  • 2000 – Qorxulu attraksion
  • 2002 – Snayper 2
  • 2004 – Vəhşilik 2
  • 2004 – Vəhşilik 3
  • 2004 – Anakonda 4: Qanın izi
  • 2011 – Canavar balası

Televiziya serialları

[redaktə | mənbəni redaktə et]
  • 1987 — Bədheybət
  • 1989 — Çayna Biç
  • 1990 — Hardboll
  • 1990 — Gizli agent MakQayver
  1. 1 2 Deutsche Nationalbibliothek Record #1012418200 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Linden Ashby // SNAC (ing.). 2010.
  3. "Linden Ashby Filmreference.com". 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]