Linzalar — heç olmazsa bir tərəfdən sferik səthlə hüdudlanmış şəffaf cisimlərdir. Linzaların qabarıq, çökük, müstəvi-qabarıq, müstəvi-çökük və s. növləri var. Nazik linzalar — qalınlığı ölçülərinə nisbətən çox kiçik olan linzalardır.
Linzanın optik mərkəzi — linzanın baş optik oxu ilə linzanın kəsişmə nöqtəsinə deyilir. Sferaların (hansı ki, linzanın üzləri onlarin bir hissəsidir) mərkəzlərini birləşdirən düz xətdir (bu xətt həm də nazik linzanın optik mərkəzindən keçər).
Optik ox — optik mərkəzdən keçən ixtiyari xətdir.
Qabarıq linza — ortası kənarlarından qalın olan linzadır və toplayıcı linza adlanır (əgər n>1-dirsə).
Çökük linza — ortası kənarlarından nazik olan linzadır və üzərinə düşən paralel işıq dəstəsini səpir.
Fokus nötəsi — baş optik oxa paralel düşən şüalar linzadan keçdikdən sonra toplandıqları nöqtədir.
Həqiqi fokus — şüaların özlərinin kəsişməsindən analnan fokusdur (xəyaldır). Toplayıcı linzanın fokusu həqiqidir. Səpici linzanın fokusu xəyalidir.
Fokus məsafəsi- fokus nöqtəsindən linzaya qədər olan məsafədir, F ilə işarə olunur , ölçü vahidi 1 m-dir. Çökük linzanın fokus məsafəsi mənfidir.
Linzanın optik qüvvəsi — fokus məsafəsinin tərs qiymətinə deyilir: D = 1/F-dir. Ölçü vahidi 1/m=1dptr (dioptriya)-dır. 1 dioptriya — fokus məsafəsi 1m olan linzanın optik qüvvəsidir. Çökük linzanın optik qüvvəsi mənfidir.
Optik sistemin optik qüvvəsi- ayrı-ayrı linzaların optik qüvvələrinin cəbri cəminə bərabərdir.
Fokal müstəvi — linzanın fokusundan keçən və baş optik oxa perpendikulyar olan müstəvidir. Cisim məsafəsi — cisimdən linzanın optik mərkəzinə qədər olan məsafədir, d ilə işarə olunur. Xəyal məsafəsi — xəyalın linzanın optik mərkəzinə qədər olan məsafədir, f hərfi ilə işarə olunur. Nazik linzanın düsturu -cisim məsafəsi, xəyal məsafəsi və fokus məsafəsi arasında əlaqə yaradan düsturdur: Qabarıq linzanın düsturu : 1/d+1/f=1/F.Qabarıq linzada xəyal mövhumi olarsa düstur belə yazılır : 1/d-1/f=1/F. Çökük linzanın düsturu: 1/d-1/f=-1/F. Linzanın fokus məsafəsi onun materialının sındırma əmsalından və səthlərin R1vəR2 əyrilik radiuslarından asılıdır: 1/F=(n-1) (1/R1+1/R2).
Linzanın xətti böyütməsi- xəyalın xətti ölçüsünün cismin ölçüsünə olan nisbətinə deyilir və : Г=H/h-yə bərabərdir.Xəyal və cisim məsafəsinə görə isə : Г=f/d. Cisim məsafəsini və fokus məsafəsini bilməklə xəyalın harada və necə alınmasını hesablamaq olar.
Distorsiya (əyilma). Xəyalın müxtəlif yerlərində böyütmənin müxtəlif olmasından irəli gələn nöqsan distorsiya adlanır. Linzanın optik oxundan uzaqlaşdıqda böyütmə artırsa balışa oxşar, böyütmə azalırsa — çəlləyə oxşar distorsiya yaranır