Ligitan adası (malay Pulau Ligitan) — Sulavesi dənizində yerləşəndə yerləşən, Malay arxipelaqının tərkib hissəsi olan Ligitan arxipelaqına daxil olan ada. İnzibati cəhətdən İndoneziyanın Sabah ştatı ərazisinə daxildir. Adanın sahəsi 0,079 km² təşkil edir. 2012-ci ilə olan məlumata görə adada yaşayış yoxdur. Ligitan adası İndoneziya və Malayziya arasında ərazi mübahisəsi olmuşdur. BMT Beynəlxalq məhkəməsinin qərarı ilə ada Malayziyanın ərazisi elan edilmişdir. Adada kurort turizm infrastrukturu yaradılır.
Ligitan | |
---|---|
malay Pulau Ligitan | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,079 km² |
Uzunluğu |
|
Eni | 0,41 km |
Hündür nöqtəsi | 9 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
4°09′00″ şm. e. 118°53′10″ ş. u.HGYO | |
Ölkə | Malayziya |
Akvatoriya | |
|
Adanın koordinatları: 4°09′00″ şm. e. 118°53′10″ ş. u.HGYO[1]. Ada Sulavesi dənizinin cənub-şərqində Kalimantan adasından şərqdə (Tutop burnundan 39 km məsafəyə malikdir) Malayziya və İndoneziya sərhədində yerləşir[2]. Adanın sahəsi 0,079 km²[2] təşkil edir. Ada düz oval formaya malikdir. Adanın maksimal uzunluğu 550 metr, eni isə 200 metr təşkil edir[3]. Eyni adlı mərcan rifinin cənub)şərqində qərarlaşır. Bəzən bu rif adalarını birlikdə Ligita arxipelaqı adlandırırlar[4].
İqlimi ekvatorialdır. Rütubətlidir. İqlim xüsusiyyətləri Kalimantan adasının şimal-şərq iqliminə bənzərdir. İllik orta temperatur maksimal olaraq +39 °C, minimal isə +17 °C təşkil edir. Günlük orta temperatur +27—29 °C-dir. Günlük msksimal və minimal temperatur arasında fərq cəmi 5 °C təşkil edir[5].
Ada qumsaldır və səthi olduqca hamardır. Maksimal hündürlüyü dəniz səviyyəsindən 9 metr hündürlükdə yerləşir[6]. Ərazisinin böyük hissəsini tropik bitkilər örtmüşdür[1][7]. Əsasən kol və palma ağaclarıdır. Sahil hissəsi əsasən bir necə on metr enə malikdir. Adanın sahillərindən güçü 5 km/s alan axınlar keçir. Bu axınlar adanın ətrafına dövr edir. Bu xüsusiyyətinə görə yaxınlıqda yerləşən digər adalsrdan fərqlənir[6][7] Ada fauna baxımından kasıbdır. Burada iri heyvanlar yaşamır. Ərazisində bir necə növ sürünən, gəmirici və suda-quruda yaşayan vardır. Ətraf suları isə daha zəngin və rəngarəngdir. Dəniz ilanları, skatlar, yengəclər və çixlu sayda balıq növlərinə rast gəlinir[7].
1969-cu ildən ada Malayziya və İndoneziya arasında mübahisə predmeti olmuşdur. Hər iki tərəf Hollandiya və Böyük Britaniya müstəmləkə xəritələrini əsas gətirirdi. Burada Ligitandan başqa Sipidan adasıda mübahisə pretmeti olmuşdur. 1997-ci ildə hər iki tərəf məsələni BMT Beynəlxalq məhkəməsinə verirlər. 2002-ci ilin dekabrında məhkəmə işi Malayziyanın lehinə həll edilir[1][2]. İndoneziya məhkəmənin qərarını rəsmən tanıyır[8].
İnzibati cəhətdən ada Sempor rayonu (malay Daerah Semporna), Tavau dairəsi (malay Bahagian Tawau), Sahab ştatı (malay Negeri Sabah)[4][8] daxildir.
Hazırda adada yaşayış yoxdur. 2002-ci ilə qədər adada hansısa işlərin aparılmasına imkan verilmirdi. 2002-ci ildən etibarən isə adada turizmin inkişafı yolunda işlər görülmüşdür[7][9]. Zəngin dəniz canlılarına malik bölgə olmasına baxmayaraq adaya turistləri cəlb etmək mümkünsüzdür. Səbəb isə infrastrukturun istənilən səviyyətə olmamasıdır[7].