Lisandr

Lisandr - (Lysandros)(doğ.tarixi naməlum - e.ə 395-ci ildə ölüb, Aliartos, Beotiya) Afina ilə Sparta arasında olan Peloponnes müharibəsinin strateqlərindən biri, spartalı donanma və ordu sərkərdəsi. Yunan ədavətində maraqlı olan pers satrapı Kiçik Quruşdan alınan vəsait hesabına sürətlə böyüyən Sparta donanmasına e.ə 407-ci ildə komandan təyin olunmuşdu. Həmin il Lisandrın başçılığı altında Sparta donanması Afina donanmasını Noti burnu yanında məğlub etdi. Lisandr Kiçik Asiya şəhərlərində Afinaya düşmən olan oliqarxik partiyaları dəstəkləyirdi. E.ə 405-ci ilin dekabrında spartalı eskadra Eqospotamı yaxınlığında Afina donanmasını məhv etdi. Lisandr Afinaya müttəfiq bir neçə Frakiya və Hellespont şəhərini işğal etdi və orada hakimiyətə öz tərəfdarlarını qoydu. E.ə 404-cü ildə Afinanı qurudan və dənizdən mühasirəyə alaraq Afinanı tutdu. Spartanın Afinaya diqtə etdiyi sülh şərtləri olduqca sərt idi. Lisandrın tələbi ilə şəhərdə demokratik quruluş ləğv edilirdi və "otuz tiran"dan ibarət oliqarxik quruluş bərqərar olurdu. Pirey divarları və başqa istehkamlar uçurulmalı, donanma qalibə təhvil verilməli idi. Bu vaxtdan Persianın maddi yardımına və asılı şəhərlərin oliqarxik hakimiyətlərinin dəstəyinə söykənən Lisandr böyük güc və nüfuz qazandı. Onun bütün fəaliyyəti spartalı imperiyanın yaradılmasına yönəlmişdir, ancaq Lisandrın e.ə 404-cü ildə tiranlara qarşı uğursuz sui-qəsdindən sonra, Spatanın oliqarxik hakimiyətini yerinə yetirən eforlar kolleqiyası, onu komandanlıqdan kənarlaşdırdı. E.ə 395-ci ildə Korinf müharibəsində, beotiyalılarla döyüşdə öldürüldü.

  • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 5 səh. 8-9