Lissabon müqaviləsi (rəsmi adı — «Roma müqaviləsinə və Avropa Birliyi haqqında Maastrixt sazişinə dəyişikliklər edilməsi barədə Lissabon müqaviləsi », ing. Treaty of Lisbon amending the Treaty on European Union and the Treaty establishing the European Community) — 13 dekabr 2007-ci ildə Lissabonda Jeronimuşda Avropa Birliyinin sammitində imzalanmış beynəlxalq müqavilə.
Avropa Birliyini idarəetməsində islahatlar etmək məqsədi ilə qüvvəyə minməmiş Avropa Birliyi Konstitusiyasını əvəz etmək və AB-nin qüvvədə olan sazişlərinə düzəlişlər etmək üçün imzalanıb.