Lita Qrey

Lita Qrey (ing. Lita Qrey; d. 15 aprel 1908 — ö. 29 dekabr 1995, əsl adı ing. Lillita Louise MacMurray) — Amerikalı kino aktrisası, Çarli Çaplinin ikinci həyat yoldaşı

Lita Qrey
Lillita Louise MacMurray
Doğum tarixi
Doğum yeri Hollivud, Kaliforniya, ABŞ
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Los-Anceles,Kaliforniya, ABŞ
Vəfat səbəbi Xərçəng xəstəliyi
Dəfn yeri
  • Valhalla Xatirə Parkı qəbiristanlığı[d]
Vətəndaşlığı ABŞ ABŞ
Həyat yoldaşı Çarli Çaplin (1924–1927) (boşanıb)
Co Henry Aguirre
Artur Dey
Petsi Pizzolonqo (1956-1966)
Uşaqları Çarles Çaplin
Sidney Çaplin
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1921-ci ildən
IMDb ID0340614
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lita Qrey 15 aprel 1908-ci ildə Amerikanın Kaliforniya ştatının Hollivud şəhərində anadan olmuşdur. Atası milliyətcə şotland idi. Anası isə Kaliforniyanın ispan ailəsində doğulmuşdu.

Lita Çarli Çaplinlə səkkiz yaşında olarkən kafedə tanış olmuşdur. Daha sonra 1921-ci ildə Çaplinin Körpə filmində "nazlı mələk" rolunu ifa etmişdir. 1924-cü ildə Çarli Çaplinlə ailə qurmuşdur. Litanın Çarli Çaplinlə nikahından Çarles və Sidney adında 2 oğlu dünyaya gəlmişdi. Lakin bu evlilik cəmi 3 il davam etmişdir. Lita Çarli Çaplindən sonra daha 3 dəfə ərə getmişdir.

Lita Qrey 29 dekabr 1995-ci ildə 87 yaşında Los-Anceles şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir. Şimali Hollivudda Valhalla Memorial Park Qəbirsanlığında dəfn olunmuşdur.

  1. Uşaq (film, 1921)
  2. Mr. Brodvey (1933)
  3. Şeytanın yuxusu (1949)
  4. Bilinməyən Çaplin (1983)