Lita Stettir Hallinqvor

Leta Stetter Hollinqvort (25 may 1886[3]27 noyabr 1939[3]) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir.

Leta Stetter Hollinqvort
Leta Stetter Hollingworth
Doğum tarixi
Doğum yeri Nebraska, ABŞ
Vəfat tarixi (53 yaşında) (53 yaşında)
Vəfat yeri Nyu York
Vəfat səbəbi xərçəng xəstəliyi[2]
Milliyyəti ABŞ
Elm sahələri psixologiya[1], Klinik psixologiya[1]
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu. L. S. Hollinqvort bir müddət Nebraskada qaldı və 1906-cı ildə təhsilini böyük uğurla başa vurdu.

1908-ci ildə nişanlısı doktorluq dərəcəsini bitirdikdən sonra Nyu Yorka gedərək ailə həyatı qurdu. Ancaq evli qadınların burada dərs verməsinə icazənin olmadığını öyrəndi. Evdar qadın olaraq yaşayan L. S. Hollinqvort yüksək ali təhsil almaq istəsə də, cinsi ayrı-seçkilik səbəbilə bu istəyini həyata keçirə bilmədi. Qadınların cəmiyyətdəki yeri və məruz qaldıqları bərabərsizliklər barədə mühakimələr etməyə başladı. Bu vaxt, həyat yoldaşı Harri Levi Hollinqvort, Coca-Cola-dan kofeinin insanlara psixoloji təsirini araşdırmaq üçün bir araşdırma təklifi qəbul etdi. Bu işdən əldə etdikləri gəlir sayəsində Hollinqvort 1911-ci ildə Kolumbiya Universitetində yüksək ali təhsil almağa başladı. O, burada tədris və sosiologiya dərsləri aldı.

1913-cü ildə yüksək ali təhsili bitirib Binet zəka testləri üzərində tədqiqatlara başladı. Qısa bir müddət ərzində bu sahədə irəlilədi və Bellevue Xəstəxanasında psixologiya laboratoriyasının müdiri oldu. Akademik karyerasını təhsil psixologiyasında tanınmış psixoloq Edvard Torndaykın tələbəsi olaraq davam etmişdir. Doktorantura təhsilini davam edərkən eyni vaxtda Nyu York polis təşkilatında məsləhətçi kimi fəaliyyət göstərdi.

Doktoranturada oxuduğu müddətdə tədqiqat istiqamətini qadınlara yönəltmişdi. Edvard Tornday kişilərin qadınlara nisbətən daha geniş və fərqli fiziki, eyni zamanda əqli inkişafa sahib olduqlarını bu səbəblə də qadınların qabiliyyətlərinin daha çox orta olduğunu iddia edən dəyişkənlik fərziyyəsini müdafiə edirdi. L. S. Hollinqvort isə bu fərqliliklərin fitri deyil, sosial bərabərsizliklərdən qaynaqlandığını iddia etdi. Bu məsələni araşdırmaq üçün eyni sayda hər iki cinsdən olan körpədən toplanan məlumatları müqayisə etdi və kişilərin anatomik xüsusiyyətlərində dəyişkənliyin çox olmadığını aşkar etdi.[4][5] Hollinqvort, namizədlik dissertasiyasını menstruasiya olan qadınlardakı fəaliyyət dəyişikliyi mövzusunda müdafiə etdi. Qadınların zehni və fiziki fəaliyyət dəyişikliklərinin menstrual dövrün fazaları ilə əlaqəli olmadığını aşkar etdi. Hollinqvortun fikrinə görə, qadınların niyə daha az müvəffəq olduğunu anlamaq üçün sosial sərhədlər və mədəni maneələr araşdırılmalıdır.[6]

1916-cı ildə doktorluq dərəcəsini bitirdikdən sonra Kolumbiya Universitetində müəllim kimi fəaliyyətə başladı və ömrünün sonuna qədər orada işləməyə davam etdi. Müəllimliklə yanaşı, Bellevue Xəstəxanasında klinik tədqiqatlar da aparırdı. O, Klinik psixologiyanın etik rəhbərinin və bu sahədə təhsilin verilməsi üçün universal standartların müəyyənləşdirilməsində iştirak etmişdir.

L. S. Hollinqvort 1920-ci illərdə istedadlı uşaqlarla bağlı tədqiqatlar aparırdı. İnsanların idraki baxımından bərabər olmadığını və buna görə də bütün uşaqların eyni təhsil formasına yiyələnmələrinə qarşı çıxdı. O, məktəblərin eyni üsulda qruplaşdırılmış sinif otaqlarında zənginləşdirilmiş və fərqləndirilmiş tədris planlarının tətbiq olunduğu, eyni zamanda sürətləndirilmiş təhsil imkanlarının təmin olunduğu bir yer olması fikrini müdafiə edirdi.[7] İstedadlı uşaqlara ayrıca bir kurikulum tətbiq etmək fikrinə görə qeyri-demokratik olduğu üçün tənqid edildi.

L. S. Hollinqvort daha sonra IQ səviyyəsi olan 180-dən çox uşaq üzərində tədqiqatlara başlamış və bu uşaqlar ilə işləyən ilk tədqiqatçılardan biri kimi qəbul olunmuşdur. O, 27 noyabr 1939-cu ildə xərçəng xəstəliyi səbəilə vəfat etdi. L. S. Hollinqvortun sonuncu əsəri isə 1942-ci ildə həyat yoldaşı tərəfindən nəşr edilmişdir.[4]

  1. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 5 6 7 Ogilvie M. B. The Biographical Dictionary of Women in Science (ing.): Pioneering Lives From Ancient Times to the Mid-20th Century. Routledge, 2003. Vol. 1. P. 610. 798 p. ISBN 978-1-135-96342-2
  3. 1 2 Leta Stetter Hollingworth // FemBio database (alm.).
  4. 1 2 Lisa. "Profie: Leta Hollingworth". sychology's Feminist Voices Multimedia Internet Archive, 2010. 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Haziran 2018.
  5. Kendra. "Leta Stetter Hollingworth Biography". verywellmind.com sitesi, 3 Haziran 2018. 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Haziran 2018.
  6. Modern psikoloji tarihi, Duane p. Schultz, Sydney Ellen Schultz
  7. Faruk. "Üstün Yetenekli Çocukların Hakları" (PDF). Çocuk Vakfı Yayınları, Şubat 2011. 2014-09-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.