Literatura kafesi - Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin mərkəzi Nevski prospektində XIX əsrə aid tarixi restoran-kafe. Məkan rus ədəbiyyatının məşhur simaları tərəfindən müntəzəm ziyarət edilmişdir. Aleksandr Puşkin, Fyodor Dostoyevski tez-tez Literatura kafesində vaxt keçiriblər. Aleksandr Puşkin Jorj Danteslə baş tutan dueldən öncə, 1837-ci ilin 27 yanvar tarixində sözügedən məkana gəlib və burada sonuncu dəfə nahar edib. Beləliklə məkan rus ədəbiyyatının ən önəmli şəxsiyyətlərindən sayılan Aleksandr Puşkinin ölümündən əvvəl ziyarət etdiyi sonuncu məkan kimi daha çox məşhurluq qazanıb.